Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Alternativ kanallarla satış departamenti, Telemarketinq qrupu, Kiçik mütəxəssis

Город

Bakı

Категория

Kiçik mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Alternativ kanallarla satış departamenti, Telemarketinq qrupu, Kiçik mütəxəssis” vakansiyasını elan edirik.

Struktur: Alternativ kanallarla satış departamenti
Vəzifə:  Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Birbaşa Rəhbər

Vəzifə öhdəlikləri:

  • Qrup rəhbəri və departament direktoru tərəfindən verilən göstərişlərini icra etmək;
  • Departamentin təyin etdiyi tarif və şərtlər çərçivəsində pərakəndə/mikro-biznes kredit məhsulları üzrə onlayn xidmətin təşkili və yönləndirilməsi;
  • Bankın yeni və təkrar müştəri bazası üzrə telemarketinq məqsədi ilə zənglərin təşkil etmək;
  • Bankın məhsul və xidmətlərini özündə əks etdirən reklam materiallarını müştərilər arasında təbliğ etmək;
  • Aylıq hədəflər üzrə təyin edilmiş satış planlarını yerinə yetirmək;
  • Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglər etmək;
  • Məsafədən satış zamanı müştəri məmnuniyyətinin qorunmasını təmin etmək.

Tələblər:

  • Ali təhsil;
  • Sahə üzrə iş təcrübəsi arzuolunandır;
  • Azərbaycan dili və Rus dili əla , İngilis dili biliyi arzuolunandır;
  • Səlist ünsiyyətqurma bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  •  İşlərini planlaşdırma bacarığı;
  • Məsuliyyətlilik.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Telemarketing”qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение