Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Alternativ kanallar ilə satış departamenti, Telesatış qrupu, Kiçik mütəxəssis/ Mütəxəssis/ Aparıcı mütəxəssis

Город

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Alternativ kanallar ilə satış departamenti, Telesatış qrupu, Kiçik mütəxəssis/ Mütəxəssis/ Aparıcı mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Telesatış Qrupu ” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Struktur: Alternativ kanallar ilə satış departamenti
Vəzifə: Telesatış qrupu, Kiçik mütəxəssis/ Mütəxəssis/ Aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  •   Qrup rəhbəri departament rəhbəri tərəfindən verilən göstərişləri icra edir;
  •   Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit və qeyri-kredit məhsulları üzrə onlayn xidmətin təşkili və yönləndirilməsi;
  •   Bankın yeni və təkrar müştəri bazası üzrə telemarketinq məqsədi ilə zənglərin təşkili;
  •   Bankın məhsul və xidmətlərini özündə əks etdirən reklam materiallarını müştərilər arasında təbliğ edir;
  •   Aylıq hədəflər üzrə təyin edilmiş satış planlarını yerinə yetirir;
  •   Bazar araşdırması məqsədilə müştərilərə sorğu xarakterli zənglər edir;
  •   Məsafədən satış zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edir;
  •   3 ay sınaq müddətində verilən nəzəri və praktiki məlumatları tam mənimsəyib gördüyü işlər barədə hesabat verir;
  •   Hər hansı səbəbdən eləcə də məzuniyyət dövründə kiçik mütəxəssis tərəfindən əvəzlənir;
  •   Bankın daxili nizam-intizam qaydalarına və  etik davranış normalarına daim  riayət edir;
  •   Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır; 
  •   Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;  Bu Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə qrup rəhbərinə, şöbə müdirinə məlumat verir. 

Tələblər:

  • İş təcrübəsi kiçik mütəxəssis üçün tələb yoxdur,mütəxəssis 2 il,aparıcı mütəxəssis 3 il ,
  • Sərbəst rus dili, ingilis dili arzuolunandır;
  • Ali təhsil
  • Səmərəli ünsiyyətqurma bacarığı,              
  • Komanda ilə işləmə bacarığı,   
  • İşlərini planlaşdırma bacarığı,               
  • Məsuliyyətlilik.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение