Xəzinədarlıq Departamenti, Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis
Город
BakıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda "Xəzinədarlıq Departamentində Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis" vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.
Struktur: Xəzinədarlıq departamenti
Vəzifə: Müxbir banklarla iş üzrə kiçik mütəxəssis / mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
- Yerli və xarici müxbir banklarla hesablarla bağlı yazışmaların aparılması;
- Yerli və xarici müxbir bankların sorğusu əsasında hesab üzrə sənədlərin toplanması və mübadiləsi;
- Yerli və xarici müxbir banklardakı hesablar üzrə sənədlərin bankın digər strukturları vasitəsilə toplanması;
- Yerli və xarici bankların loro müxbir hesabları üzrə sənədlər paketinin ildə bir dəfə yenilənməsi üçün tədbirlərin görülməsi;
- Yerli və xarici banklarla müxbir hesab müqavilələrinin ilkin biznes ekspertizasının aparılması;
- Yerli və xarici banklar haqqında statistik, maliyyə və digər məlumatların toplanması;
- Yerli və xarici banklarla görüşlərin təşkil olunması;
- Səlahiyyətlər çərçivəsində bankın informasiya təhlükəsizliyi tələblərinə riayət;
- Departamentinin fəaliyyətinə aid daxili normativ sənədlərin, reqlamentlərinin və prosedurların işlənməsində iştirak;
- Sahəsinə uyğun təqdimatların hazırlanması.
Tələblər
- Ali təhsil;
- Microsoft Office proqramlarını (Word, Excel, PowerPoint) istifadəçi səviyyəsində bilmək;
- Azərbaycan dili – mükəmməl,Rus və İngilis dilləri üzrə minimum yaxşı səviyyəsində biliklər mütləqdir;
- Analitik təhlil, kritik düşünmə bacarıqları;
- Təşəbbüskarlıq, məsuliyyət, dəqiqlik;
- Stress vəziyyətlərdə işləmək bacarığı.
- Komandada işləmək bacarığı;
- Müstəqil işləmək bacarığı.
Biz Sizə nə təklif edirik:
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Xəzinədarlıq_Müxbir hesablar” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına da göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме
Подать заявку на эту вакансию