Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Qeyri-kredit Əməliyyatları Şöbəsi, Mütəxəssis

Город

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda "Qeyri-kredit Əməliyyatları Şöbəsi, Aparıcı Mütəxəssis"  vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.   

Vəzifə öhdəlikləri:

  • Satış nöqtələrindən, o cümlədən internet bankçılıq üzrə daxil olan müştəri ödəniş tapşırıqlarını təyin olunmuş limitlər çərçivəsində yoxlayır və təsdiqləyir;
  • İnternet bankçılıq üzrə təsdiq tələb edən qeyri-kredit müştəri əməliyyatlarını yoxlayır və təsdiq edir;
  • Bankın daxili prosesləri və müvafiq prosedurlarında müəyyən olunmuş qeyri-kredit əməliyyatlarını icra edir;
  • Valyuta əməliyyatları üzrə valyuta rejimi tələblərinin gözlənilməsinə nəzarət edir;
  • Müştərilərin verqi sərəncamlarının icra edir;
  • Şöbənin funksiyalarından irəli gələn və Bankın daxili normativ sənədləri ilə nəzərdə tutulmuş digər işləri yerinə yetirir;
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqları vaxtında və keyfiyyətli şəkildə yerinə yetirir;
  • Bankın daxili nizam-intizam qaydalarına və  etik davranış normalarına daim  riayət edir;
  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
  • Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;
  • Bu Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə Şöbənin menecerına məlumat verir.
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək
     

Tələblər:

  • Ali Təhsil; 
  • Minimum 2 il iş təcrübəsi;
  • Bank işinin kredit və qeyri-kredit tərəfləri barədə məlumat;
  • Azərbaycan dili – mütləq, Rus dili, İngilis dili arzuolunandır;
  • MS Office, Bankın müvafiq proqram təminatından istifadə etmək bacarığı;
  • Daxili normativ sənədlər, eləcə də Bank qanunvericiliyi üzrə biliklərə malik olmaq;
  • Analitik düşüncə

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Yığım sığortasına qoşulma imkanı.

Siz elektron poçtun “mövzu” yerinə “Qeyri-kredit” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение