Üstündə pulqabı gəzdirməyi unut. Google Pay ilə istədiyin zaman təmassız ödəniş keçərli olan hər yerdə ani ödəniş edə biləcəksən! Bunun üçün Google Wallet tətbiqini elektron cihaza yüklə, kartı əlavə et və ödəməyə başla!
İstədiyin qədər kartı əlavə edə bilərsən
Kart məlumatları maksimum qorunur
Xidmət tamamilə ödənişsizdir
Gpay və təmassız nişanlı hər yerdə keçərlidir
Sual-cavab:
Google Pay nədir?
Google Pay – 11 sentyabr, 2015-ci ildə Google şirkəti tərəfindən yaradılmış, Android əməliyyat sistemi ilə çalışan smartfonlarda tətbiq olunan innovativ, elektron ödəniş sistemidir.
Google Pay ilə harada ödəniş edə bilərəm?
Google Pay-i dəstəkləyən bütün mağazalarda, vebsaytlarda və tətbiqlərdə ödəniş edə bilərsiniz. Bu cür yerlərdə adətən təmassız ödəniş və ya Gpay nişanı olur.
Xidmət haqqı nə qədərdir?
Google Pay xidməti tamamilə ödənişsizdir.
Yelo Bank-ın hansı kartlarını Google Wallet-ə əlavə edə bilərəm?
Yelo Bank-a məxsus istənilən növ Visa kartını.
Google Pay ilə ödəmə qaydası necədir?
Ödəniş etmək üçün:
- Smartfonunuzun kilidini açın və tənzimləmələrdə NFC-i aktivləşdirin;
- Smartfonun arxa hissəsini POS-terminala yaxınlaşdırın;
- Ödəniş tamamlanadək gözləyin.
Google Wallet-ə bir neçə kart əlavə edə bilərəm?
Bəli, mümkündür. Kartınızı Google Wallet-ə əlavə etmək üçün:
- Google Wallet tətbiqini açın;
- Kart əlavə et düyməsinə klikləyib, əlavə etmək istədiyiniz kartı seçin, sonra "+" düyməsini basın;
- Kart məlumatlarını daxil etdikdən sonra yaddaşda saxlayın;
- Xidmətdən istifadə şərtlərini qəbul edin;
- Yelo Bank-dan SMS və ya zəng ilə məlumatı təsdiqləyib, prosesi yekunlaşdırın.
Google Pay ilə ödənişlər təhlükəsizdirmi?
Google Pay ödənişlər təhlükəsiz və etibarlı ödəniş vasitəsidir. Xüsusi tokenizasiya texnologiyası sayəsində ödəniş zamanı kartın nömrəsi və ya kart sahibinin digər məlumatları deyil, virtual kartın, yəni token məlumatları ötürülür. Bu texnologiya kart sahibinin şəxsi məlumatlarını qorumağa imkan verir və telefonun itirilməsi və ya oğurlanması halında təhlükəsizliyinizi təmin edir. Hətta smartfon itirildiyi zaman “Cihazımı Tap” funksionallığı sayəsində dünyanın istənilən yerindən smartfonunuzu dərhal bloklaşdırıb, yeni şifrə ilə qoruya və ya şəxsi məlumatlarınızı tam silə bilərsiniz.
Google Pay-dən istifadə etmək üçün internet bağlantısı olmalıdır?
İnternet bağlantısı olmadan belə Google Pay xidmətindən istifadə etmək mümkündür.