Все новости

Новости

Yelo Bank ödəniş terminallarının alışı ilə bağlı tender elan edir!

“Yelo Bank” ASC maraqlanan təşkilatları tenderdə iştiraka dəvət edir. Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

•    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
•    Ödəmə qabiliyyəti olmalı;
•    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
•    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
•    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
•    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
•    Tender təklifləri 17 aprel 2025-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
•    Zərflərin hər küncü möhürlənməlidir. 
•    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.

Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı fayllara keçid edərək tanış ola bilərsiniz: