Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Kreditlərin inzibatlaşdırılması şöbəsi, Qrup rəhbəri

Город

Bakı

Категория

Qrup rəhbəri

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin inzibatlaşdırılması şöbəsi, Qrup rəhbəri” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Kreditlərin inzibatlaşdırılması şöbəsi, Qrup rəhbəri ” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Struktur: Kreditlərin inzibatlaşdırılması şöbəsi
Vəzifə: Qrup rəhbəri
Bilavasitə tabeçiliyi: Birbaşa Rəhbər

Vəzifə öhdəlikləri:

  • Mövcud biznes proseslər və prosedurlara  uyğun olaraq rəsmiləşdirilmiş və restrukturizasiya olunmuş kreditləri yoxlayır və Bankın daxili əməliyyat sistemində təsdiq edir (avtorizasiya);
  •  Kreditin inzibatlaşdırılması üzrə mütəxəssislərin gündəlik fəaliyyətinə nəzarət və koordinasiya edir;
  • Şöbənin əməkdaşlarının ixtisaslarının artırılması məqsədilə təlimlərin keçirilməsində iştirak edir;
  • Sınaq müddəti bitdikdən sonra yeni əməkdaşların nəzəri və praktik biliklərin qiymətləndirilməsini aparır;
  • Şöbənin fəaliyyətinin effektivliyinin artırılması, o cümlədən Bankın biznes proseslərinin təkmilləşdirilməsinə dair tövsiyələr verir və icra edilməsi prosesində iştirak edir;
  • Təsdiqlənmiş bankdaxili prosedurlarla bağlı şöbənin əməkdaşları ilə kommukasiyanı aparır və təlimatlandırır;
  • Şöbənin fəaliyyətinə dair tələb olunan məlumatları, kredit və ya girov portfeli barədə hesabatları hazırlayır;
  • Müştərinin Bank qarşısında bütün öhdəlikləri tam yerinə yetirildikdən və ya məhkəmələrin və ya Bankın kollegial orqanlarının qərarları əsasında ABS-də girov qoyulmuş əmlakın yüklülükdən azad  edilməsi üçün rəsmi sənədləri yoxlayır və nəzarət edir;
  • AKB və MKR hesabatlarına gündəlik və aylıq nəzarət;
  • Kredit sənədlərinin arxivləşdirilməsinin həyata keçirilməsi prosesinə nəzarət;
  • İş prosesində Bankın digər struktur bölmələri ilə sıx və effektiv əməkdaşlıq edir;
  • Şöbənin funksiyalarından və daxili normativ sənədlərin tələblərindən irəli gələn digər vəzifələri və Rəhbərliyin tapşırıqlarını yerinə yetirir.
     

Tələblər:

  •   Bank sahəsində Kredit inzibatçısı vəzifəsi üzrə minumum  5 il iş təcrübəsi;
  •   Ali təhsil;
  •   İdarəetmə bacarığı;
  •   Azərbaycan dili əla, Rus dili və İngilis dili biliyi arzuolunandır;
  •   Analitik və ünsiyyət qurmaq bacarığı;
  •   Komandada işləmə bacarığı;
  •   Məsluliyyətlilik və yüksək dəqiqlik;
  •   Problemi həll etmə bacarığı və təşəbbüskarlıq.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

 

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение