Xaçmaz filialına Fiziki şəxslərə xidmət üzrə kiçik / mütəxəssis / baş / aparıcı mütəxəssis
Город
XaçmazKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda yeni açılmaqda olan Xaçmaz filialına Fiziki şəxslərə xidmət üzrə Kiçik mütəxəssis / Mütəxəsssis / Baş mütəxəssis vakansiyalarını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.
Vəzifə öhdəlikləri:
• Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;
• Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;
• Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;
• Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
• Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
• Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;
• Ümumi fəaliyyətə dair hesabatların hazırlanması;
• Verilmiş kreditlərin monitorinqinin aparılması.
Tələblər:
• Ali təhsil;
• Azərbaycan dilində sərbəst danışıq bacarığı;
• Yüksək kommunikasiya bacarığı;
• Komandada işləmək bacarığı;
• Analitik düşüncə tərzi;
• Stressə davamlılıq;
• Yüksək qavrama, çevik öyrənmə qabiliyyəti;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Müştəri yönümlülük;
• İpoteka kreditləri üzrə biliklər arzu olunandır.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Tibbi sığorta proqramına qoşulma imkanı;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Xaçmaz ” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме
Подать заявку на эту вакансию