Все вакансии

Hüquq departamenti, Kiçik hüquqşünas / Hüquqşünas / Aparıcı hüquqşünas

Опыт

1-2 лет
  • Type: Полная занятость
  • Job Function: Финансы, Бизнес и Администрация
  • Career Level: Специалист
  • Posted Date: 17-11-2025
  • Deadline: 24-12-2025

Description

  • Bankın fəaliyyəti ilə əlaqədar olaraq öhdəlik, təminat, təsərrüfat və s. müqavilələrin layihələrinin hazırlanması və hüquqi rəylərin verilməsi;
  • Təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizası;
  • Üçüncü şəxslərdən daxil olmuş müraciətlərə baxılması və onların cavablandırılması prosesinə hüquqi dəstəyin verilməsi;
  • Bankın filial, şöbə, nümayəndəliyinin yaradılması və ya ləğv edilməsi də daxil olmaqla struktur dəyişikliyi prosesinə hüquqi dəstəyin verilməsi;
  • Bankdaxili tənzimləyici sənədlərin layihələrinin hüquqi ekspertizası və qanunvericiliyə uyğunlaşdırılması;
  • Bankda əmək qanunvericiliyinin tətbiqi prosesinə hüquqi dəstəyin verilməsi;
  • Hüquq departamentinə daxil olmuş sorğuların cavablandırılması;
  • Bankın əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədi almaq, habelə müvafiq işçilərin ailə üzvləri üçün yaşayış icazəsinin əldə edilməsi prosesinə hüquqi dəstəyin verilməsi;
  • Bankın fəaliyyətinə təsir edən qanunvericilikdə baş vermiş dəyişikliklərlə bağlı hüquqi rəylərin hazırlanması;
  • Bankın əqli mülkiyyət hüquqlarının qeydiyyat alınması, müdafiəsi üçün zəruri hərəkətlərin edilməsi, bu sahədə struktur bölmələrin fəaliyyətini əlaqələndirmək;
  • Hüquq departamentinin fəaliyyəti ilə əlaqədar olaraq digər vəzifələr.

Remark

Kiçik hüquqşünas üzrə:

  • Ali hüquq təhsili;
  • 1 ilədək iş təcrübəsi (maliyyə bazarları subyektlərində iş təcrübəsi olanlara üstünlük verilə bilər);
  • Vəzifə öhdəlikləri üzrə zəruri hüquqi biliklər;
  • Kompüterdə işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyə bilmək (ingilis və ya rus dilini bilənlərə üstünlük verilə bilər).


Hüquqşünas üzrə:

  • Ali hüquq təhsili;
  • 1 ildən çox iş təcrübəsi (maliyyə bazarları subyektlərində iş təcrübəsi olanlara üstünlük verilə bilər);
  • Vəzifə öhdəlikləri üzrə zəruri hüquqi biliklər;
  • Kompüterdə işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyə bilmək (ingilis və ya rus dilini bilənlərə üstünlük verilə bilər).


Aparıcı hüquqşünas üzrə:

  • Ali hüquq təhsili;
  • Maliyyə bazarları subyektlərində 2 ildən çox iş təcrübəsi;
  • Vəzifə öhdəlikləri üzrə zəruri hüquqi biliklər;
  • Kompüterdə işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyə bilmək (ingilis və ya rus dilini bilənlərə üstünlük verilə bilər).
Готовы присоединиться к нашей команде?

Подать заявку на эту вакансию