- Type: Полная занятость
- Job Function: Финансы, Бизнес и Администрация
- Career Level: Специалист
- Posted Date: 25-07-2025
- Deadline: 03-09-2025
Description
- Bankın daxili proqram təminatlarının dəstəklənməsi və inkişafı;
- Mövcud və gələcək biznes proseslərinin, iş axınlarının və onların proqram təminatı ilə əlaqələrinin təhlili və sənədləşdirilməsi;
- Tələblərin toplanması, təhlili və aidiyyəti daxili və xarici işçi qrupları ilə effektiv ünsiyyətin qurulması;
- Biznes proseslərin təhlili və onların texniki baxımından dərin detallandırılması;
- Texniki və istifadəçi səviyyəsində sənədlərin hazırlanması (use case, texniki tapşırıqlar və s.);
- Test ssenarilərinin hazırlanmasında iştirak və dəyişikliklərin tələblərə uyğunluğunun yoxlanılması;
- Dəyişdirilmiş biznes prosesin test mərhələsində sifarişçiyə və bank sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak;
- Biznes proseslərin proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların hazırlanması;
- Təklif olunan layihələrin miqyasının, faydalarının və risklərinin qiymətləndirilməsi və optimallaşdırılması üzrə İT rəhbərliyinə və biznes istifadəçilərinə dəstək göstərilməsi;
- İstifadəçilərin və rəhbərliyin gözləntilərinin idarə olunmasına dəstək verilməsi;
- Texniki şöbələrlə və aidiyyəti strukturlarla iş sorğularının və layihə fəaliyyətlərinin koordinasiyası;
- Təcrübələr və texniki imkanlar əsasında alternativ və səmərəli həllərin təklif olunması;
- Təhlil nəticəsində hesabatların hazırlanması, imkanlarının təmin edilməsi və potensial risklərin müəyyən edilməsi.
Remark
- Ali təhsil (İqtisadiyyat və ya Texniki ixtisaslar üzrə);
- Bank sektorunda ən azı 2 il iş təcrübəsi;
- Azərbaycan dili, rus dili biliyi yaxşı səviyyədə, ingilis dili biliyi arzuolunandır;
- Agile metodologiya üzrə biliklər arzuolunandır;
- Bank işinin kredit və qeyri-kredit sahələri, mövcud biznes prosesləri, əməliyyatların icra olunma ardıcıllığı və bank qanunvericiliyi barədə biliklər;
- Bankdaxili, kənar və ümumi istifadə proqram təminatları (məs. GNI, BPM, Postman, JIRA, Microsoft Office və s.) ilə işləmə bacarığı və təcrübəsi
- SQL və PL/SQL bilikləri (arzuolunandır);
- Güclü analitik düşüncə, təşkilati və ünsiyyət bacarıqları;
- Effektiv kommunikasiya və komandada işləmə bacarığı;
- Vəzifələri prioritetləşdirmək və işləri düzgün təşkil etmək bacarığı;
- Müstəqil qərarvermə və idarəçilik təcrübəsi.
Готовы присоединиться к нашей команде?
Подать заявку на эту вакансию