Многофункциональное мобильное приложение Yelo

СПЕШИТЕ ПОЛУЧИТЬ КРЕДИТ ПОД 9.5% ГОДОВЫХ!

Xəbərlər siyahısı

Новости

Minik avtomobillərinin servisinə dair açıq tender

Yelo Bank ASC balansında olan Minik avtomobillərinin servisinə dair açıq tender elan edir. Texniki şərtlər bu elanın aşağısında əlavə olunub.

 

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:
-    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-    Ödəmə qabiliyyəti olmalı;
-    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.


Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:
-    Tender təklifləri 09 oktyabr 2023-cü il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 

-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.


Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz.

Bank xidmətləri, eləcə də aqro kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!

Yelobank мобильное приложение