Многофункциональное мобильное приложение Yelo

Все новости

Новости

Изменения в Налоговый кодекс в части назначения переводов

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (VM) 5 yanvar 2022-ci il tarixindən etibarən tətbiq edilən dəyişikliklərini diqqətinizə çatdırmaq istəyirik. Həmin dəyişikliklərə əsasən ödəniş tapşırıqlarının icrası zamanı aşağıda qeyd olunan tələblər yerinə yetirilməlidir.

Vergi ödəyicisi olan şəxslər arasında ödəniş əməliyyatı aparılarkən əməliyyatı həyata keçirən banka və ya bank əməliyyatlarını həyata keçirən digər şəxslərə təqdim edilən ödəniş tapşırığında aşağıdakı məlumatlar göstərilir:

  • VM-in 71-1.5-ci maddəsində göstərilən əməliyyatlar üzrə – elektron qaimə-fakturanın seriya və nömrəsi. Təqvim ayı ərzində eyni vergi ödəyicisindən müntəzəm və daimi əsaslarda alınan və elektron qaimə-fakturalar ilə rəsmiləşdirilən mallara (işlərə, xidmətlərə) görə ödəniş aparılarkən belə əməliyyatlar üzrə - tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi;
  • Xarici ticarət fəaliyyəti üzrə – yük gömrük bəyannaməsinin seriya və nömrəsi, işlərin və xidmətlərin alışı ilə bağlı hesab-faktura (invoys) sənədinin tarixi və nömrəsi;
  • Borc ödənişləri üzrə – təyinatında borc ödənişi olduğu göstərilməklə tərəflər arasında bağlanmış borc müqaviləsinin və ya borcun ödənilməsinə dair tələbnamənin tarixi və nömrəsi;
  • Avans ödənişləri üzrə – təyinatında avans ödənişi olduğu göstərilməklə tələbnamənin, yaxud tərəflər arasında bağlanmış müqavilə və ya həmin müqaviləyə əlavənin tarixi və nömrəsi.”;

Nəzərinizə çatdırmaq istəyirik ki, qeyd olunan tələblər icra olunmadığı halda VM-nin 57.7-ci maddəsinə əsasən hər ödəniş tapşırığına görə müştərilərə 100 AZN məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

VM-in 16.11-ci maddəsində nəzərdə tutulan məlumatları ödəmə tapşırığında göstərməyən və ya təhrif edilməklə göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən hər belə ödəmə tapşırığına görə 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.