Многофункциональное мобильное приложение Yelo

Xəbərlər siyahısı

Новости

Яркая дорога в Yelo

Yelo Bank parlaq istedadları aşkara çıxarmağa davam edir.

Bu dəfə sizə “Yeloya parlaq yol” rubrikası çərçivəsində əməkdaşımız Araz Cəfərovdan bəhs etmək istəyirik.

Ötən il Yelo Bank ailəsinə böyük təcrübəyə malik deyil, gənc, lakin yüksək potensiala sahib gənc kadrları kəşf edib, aramıza dəvət etməyi üstün bildik. Onlardan biri də parlaq bankçılığın yeni simalarından olan Arazdır.

Araz Gəncə şəhərində anadan olub və Azərbaycan Dövlət Aqrar Üniversiteti məzunudur. Həyatdakı məqsəd və istəklərinə çatmaq Araz üçün təəssüf ki, həmişə asan olmayıb. Lakin doğru bildiklərinə sonsuz inamı və möhkəm iradəsi ilə seçdiyi yoldan heç zaman dönməyib. Onu iş yoldaşları da eynilə bu cür təsvir edirlər. Əbəs yerə deyil ki, ilk başda müvafiq təcrübəyə malik olmasa da, Yelo Bank-da müsahibə zamanı diqqət çəkməyi bacarıb. Hazırda Araz bankımızın Gəncə filialında Kassa əməliyyatları üzrə kiçik mütəxəssis vəzifəsində çalışır. Qeyd edək ki, Araz Qarabağ döyüşlərində iştirak edib və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif də olunub. Arazla olan qısa müsahibəmizi sizinlə də paylaşmaq istəyirik:

1. Yelo Bank-lı olmaq sənin üçün nə deməkdir?

Yelo Bankın böyük, mehriban və səmimi kollektivi var. Həmin kollektiv mənə həmkar olmaqla yanaşı, həmçinin dost oldu. Burada bir çox yeniliklər öyrəndim, ilk öyrəndiyim isə dostluq oldu. Yelo Bank-lı olmaq mənim üçün böyük və sarsılmaz ailənin bir fərdi olmaq deməkdir.

2. Yelo Bank sənə nə qazandırdı?

Yelo Bank mənim ilk iş yerimdir və burada çalışmağıma çox şadam. Böyük kollektivimizin nümayəndələrinin köməyi nəticəsində maraqlı təcrübə topladım, kollektiv arasında işləmə bacarığımı inkişaf etdirdim. Mən Yelo Bank-da daha parlaq uğurlara imza atacağıma inanıram.

3. İş təcrübəndə ən yadda qalan xatirən hansıdır?

Bankımızın İdarə Heyətinin sədri Anar Həsənovun filialımıza gəlişi. Daha öncə iş təcrübəmin olmamasına baxmayaraq bank sədrinin mənimlə bu qədər mehriban və səmimi söhbətini gözləmirdim. Yelo ailəsinin böyük motivasiyasının artıq kimdən gəldiyi mənim üçün aydın olmuşdu. Həmin gün bir daha karyerama parlaq başlanğıcı doğru ünvanda atmağıma əmin oldum.

Biz də öz növbəmizdə komandamızın üzvü olduğu üçün Araza təşəkkür edir, ona daha böyük uğur və parlaq karyera yolu arzulayırıq!
 

Yelobank мобильное приложение