- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Vəzifə: Orta səviyyəli
- Elan tarixi: 15-05-2025
- Son Tarix: 31-05-2025
Vəzifə və öhdəliklər
- Biznes proseslərinin avtomatlaşdırılması və alqoritmləşdirilməsi;
- Mövcud proqram təminatlarının (Core Banking) dəstəklənməsi;
- Ən son texnologiyalar üzrə trendlərin proqramlaşdırmada tətbiqi;
- Yeni tətbiqi proqramlar, modulların işlənib hazırlanmasında iştirak etmək;
- Yeni tətbiq olunan proqramları test edib məlumat vermək;
- Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi;
- Yeni tətbiq olunmuş proqram üçün texniki sənədlərinin hazırlanmasında iştirak etmək;
- Mövcud kodun dəyişdirilməsinə nəzarət etmək, kodun nəzərdən keçirilmək;
- Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olan hesabat formalarını/çap formalarını hazırlamaq.
Tələblər
- Oracle PL/SQL minimum 2 il iş təcrübəsi;
- PL/SQL dilində sərbəst işləmə bacarığı: prosedurlar, funksiyalar, paketlər, trigger-lərin yaradılması və optimallaşdırılması;
- Böyük həcmli məlumatlarla və yüksek yüklənməli verilənlər bazaları ilə işləmə təcrübəsi;
- SQL sorğularının optimallaşdırılması və Query Execution Plan prinsiplərini anlama bacarığı;
- Oracle Database arxitekturası və əsas administrasiya bilikləri (arzuolunandır);
- ETL prosesləri ilə iş təcrübəsi və sistemlərarası məlumat inteqrasiyası (arzuolunandır);
- Relyasiyalı verilənlər modeli, normallaşdırma və ER-diagramları ilə işləmə bilikləri;
- Bank məlumatlarının xüsusiyyətlərini, tranzaksiyaların işlənməsi və etibarlılıq tələblərini anlama bacarığı;
- Arzuolunandır: kreditlər, depozitlər, plastik kartlar, hesablar və digər əsas bank məhsulları barədə ümumi anlayışa malik olmaq;
- Oracle Database (11g və yuxarı versiyalar);
- PL/SQL Developer / TOAD / DBeaver və ya digər oxşar alətlər;
- Versiya nəzarət sistemləri: Git, SVN və s;
- Arzuolunandır: Jira, Confluence ilə iş təcrübəsi;
- Üstünlük sayılır: Oracle APEX, Json, XML bilikləri, REST/SOAP Web xidmətləri ilə iş təcrübəsi;
- İnnovativlik;
- Komandada işləmə bacarığı.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Komandamıza qoşulmağa hazırsan?
CV göndər