Müraciətiniz üçün təşəkkürlər

Ən qısa zamanda əməkdaşlarmız tərəfindən sorğunuza baxılacaq. Qeyd etdiyiniz mobil nömrə ilə əlaqə saxlaya bilmədiyimiz halda müraciətinizə baxa bilməyəcəyik.

Bizə yazın
Müraciətin növü
Yelo Bank müştərisisiniz?
Cavabın alınma forması
Fayl əlavə etmək
%

    Kredit sifarişi Yelo Bank ilə daha rahatdır, sadəcə sorğu formasını doldurmaq kifayətdir.
    Sifariş et
    Daha ətraflı
    İpekyol, LTB, First Lady və onlarla geyim mağazalarında bəyəndiyini seç və Yelo kartla ödəyərək cashback qazan.
    Daha ətraflı
    Kartın bütün üstünlüklərini 1 storidə sığdırmaq çətindir, amma düyməyə sıxaraq hamısı ilə tanış ola bilərsən.
    Sifariş et
    Daha ətraflı

    Yelo Bank

    Cashback

    Yelo kart ilə partnyor şəbəkəmizdə etdiyin ödənişlərə görə partnyordan asılı olaraq 30%-dək cashback əldə edə bilərsən.

    PIN Reset

    Kartın PIN kodunu unutmusan? PIN Reset xidmətindən istifadə edərək yeni kod əldə et. Bunun üçün sadəcə:

    • İstənilən Yelo Bank filialına yaxınlaşmaq lazımdır
    • Filialda şifrənin bərpa olunması üçün xüsusi ərizə forma doldurulur
    • Müraciətə əsasən köhnə şifrə silinir
    • POS-terminal vasitəsilə yeni şifrə təyin edilir

    Xidmət haqqı 3 AZN təşkil edir və kart hesabından çıxılır.

    PIN kodun dəyişdirilməsi

    Əgər kartının PIN kodunu dəyişdirmək istəyirsənsə, istənilən Yelo Bank ATM-ə yaxınlaşa bilərsən. Yeni şifrə 4 rəqəmdən ibarət olmalıdır və istədiyin qədər dəyişə bilərsən. Dəyişmək isə çox rahatdır:

    • Kartı ATM-ə daxil edib köhnə şifrəni yığ
    • Menyudan “Xidmətlər”-i seç
    • Çıxan menyudan «PIN Change»-i seç
    • Açılan pəncərədə öz yeni şifrəni daxil et
    • Növbəti pəncərədə yeni şifrəni təsdiq et
    • Əgər yeni şifrəni yanlış təsdiq etsən, ekranda aşağıdakı səhv çıxacaq: “PIN nömrəsi səhv yığılıb”
    • Belə halda “Təkrar yığmaq üçün bu düyməni basın”-ı seç
    • Yeni şifrəni iki dəfə yığ
    • Təbrik edirik, PIN kod dəyişdi. Unutmamağa çalış.

    Xidmət haqqı 2 AZN təşkil edir.

    Qeyd: Təkrar olunan (5555), bir birinin ardınca gələn (1234) rəqəmləri və ya sizin bütün kartlarınıza eyni şifrəni seçmək təhlükəsizlik baxımından məsləhət görülmür.

    SMS məlumatlandırma

    Bu xidmət sənə 7/24 kart hesablarınla aparılan əməliyyatlara nəzarət imkanı yaradır. Ödənişin həyata keçirilməsi, vəsait kifayət etmədikdə əməliyyatın həyata keçirilməsi cəhdi, kartın qüvvədə olma müddətinin başa çatması və digər bu kimi hallarla bağlı SMS-lər mobil nömrənə gələcək. Xidmətə qoşulma çox sadədir:

    • Kartı Yelo Bank ATM-nə daxil edərək əsas menyuda “Xidmətlər” bölməsini, sonra isə “SMS NOTIFICATIONS” düyməsini seç
    • Daha sonra iki dəfə öz mobil nömrəni daxil et
    • Təsdiq əməliyyatından sonra mobil nömrəyə xidmətə qoşulmaq haqda SMS gəlir.

    Xidmətdən aylıq istifadə haqqı 1.20 AZN təşkil edir. 

    3D secure

    Onlayn ödənişləri çoxlarının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Yelo Bank daim müştərilərinin qayğısına qalır və bu internet ödənişlərin təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün 3D Secure xidmətini təqdim edir. Bu xidmət online ödənişlərin təhlükəsizliyini artırır və pullarınızı internet fırıldaqçılardan qoruyaraq, alış-veriş prosesini daha xoş və rahat edir. Xidmətin işləmə mexanizmi çox sadədir. Xidmətə qoşulmaq üçün tələb olunan birdəfəlik şifrəni 2 yolla əldə etmək olar: 

    • ATM qəbzi üzərində qeyd olunmuş birdəfəlik şifrə siyahısından
    • Şifrəni mobil nömrəyə göndərməklə (kart SMS Bildiriş xidmətinə qoşulmalıdır).

    Şifrədən istifadə edərək AzeriCard saytında, “3D Secure ilə kartını qoru” bölməsini seçərək qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat zamanı kart sahibi şifrə yaradır. Onlayn ödəniş həyata keçirərkən bütün lazımi kart rekvizitləri qeyd etdikdən sonra, əgər sayt 3D Secure xidmətini dəstəkləyirsə, şifrəni qeyd etmək üçün xüsusi səhifəyə yönləndirilir. Qeydiyyat zamanı daimi şifrə seçilməyibsə, birdəfəlik şifrə mobil nömrəyə SMS formasında göndərilir.  Həmin şifrəni səhifədəki xüsusi xanaya qeyd edərək ödənişi təsdiq etmək lazımdır. Şifrə bilavasitə ödəniş həyata keçirilən zaman göndərilir və təsdiq üçün yalnız bir dəfə istifadə oluna bilər. Beləliklə internet üzərindən kart sahibindən xəbərsiz heç bir ödəniş həyata keçirmək mümkün olmur.

    Xidmət ödənişsizdir.

    Cash by code

    Bu xidmət Yelo Bank kart sahiblərinə bank kartı olmayan şəxslərə günün istənilən vaxtı pul vəsaitlərinin göndərilməsini imkan verir. Xidmətin həyata keçirilməsi AzeriCard və Yelo Bank ATM-ləri vasitəsilə həyata keçirmək mümkündür. Xidmətdən istifadə çox rahatdır:

    • Kartı ATM-ə daxil edərək əsas menyuda «CashByCode» düyməsini seç
    • Daha sonra valyutanı, məbləği və pul vəsaitini alanın mobil nömrəsini daxil et
    • Sistem iki hissədən ibarət şifrə formalaşdırır, sifrənin bir hissəsi pul vəsaitini alana SMS şəklində göndərilir, digər hissəsi isə qəbz şəkilində çap olunaraq göndərəndə qalır
    • Göndərən istədiyi formada şifrənin ikinci hissəsini pulu alana ötürür;
    • Pulu alan ATM-ə şifrənin hər iki hissəsini daxil edir və kartdan istifadə etməməklə pul vəsaitini alır

    Yelo Bank ATM-ləri vasitəsilə pul vəsaitini aldıqda göndərəndən 1.5% komissiya tutulur (2.50 AZN/ 3.50 USD/EUR), digər bank ATM-ləri vasitəsilə pul vəsaiti üzrə komissiya isə 2.0% (2.50 AZN / 3.50 USD/EUR) təşkil edir. 

    Card to card

    Bu  xidmət kart sahiblərinə Yelo Bank ATM-ləri və AzeriCard şəbəkəsi vasitəsilə bir kartdan digər karta tez və rahat köçürmək imkanı verir. Xidmətdən istifadə çox rahatdır:

    • Kartı ATM-ə daxil edərək əsas menyuda «Card-to-Card» düyməsini seç
    • Daha sonra köçürmə valyutasını seçərək, köçürmə alanın iki dəfə 16 rəqəmli kartının nömrəsini və köçürmə məbləğini daxil et

    Köçürmə komissiyası AzeriCard şəbəkəsinin daxilində və ya xaricində xidmət olunan kartlara edilməsindən asılı olaraq dəyişir:

    • Şəbəkə daxili - 0,5% (min. 0.50 AZN)
    • Şəbəkə xarici - 1% (min. 2 AZN/USD/EUR)

    Vəsaitin qəbulu üzrə komissiya:

    • Əmək haqqı və güzəştli müddəti olan kartlar üzrə - 1,5% (min 2 AZN/USD/EUR)
    • Digər kartlar üzrə - 0%

    Köçürmə yalnız ölkə daxilində mümkündür.

    Kart xidmətləri
    • Cashback
    • PIN Reset
    • PIN kodun dəyişdirilməsi
    • SMS məlumatlandırma
    • 3D secure
    • Cash by code
    • Card to card
    • Bizə yazın
    • Fərdi
    • Biznes
    • Bank haqqında
    • ATM və Filiallar
    • Onlayn növbə
    • (012) 981
    • AZ
      • AZ
      • EN
      • RU
    • Kreditlər
    • Kartlar
    • Əmanətlər
    • Pul köçürmələri
    İnternet Bank
    • ATM və Filiallar

    • Onlayn növbə

    Kreditlər
    • İstehlak krediti
    • Əmanət girovu ilə kredit
    Kartlar
    • Yelo Light
    • Yelo Premium
    Əmanətlər
    • Yelo Sabit
    • Yelo Yığım
    Kart xidmətləri
    • Cashback
    • PIN Reset
    • PIN kodun dəyişdirilməsi
    • SMS məlumatlandırma
    • 3D secure
    • Cash by code
    • Card to card
    Pul köçürmələri
    • Western Union
    • Xəzri
    • Zolotaya Korona
    • Contact
    • Monex
    Onlayn xidmətlər
    • Kredit ödənişi
    • Ödənişlər
    • Kredit sifarişi
    Digər xidmətlər
    • Hesablaşma-kassa xidməti
    Cashback

      Bizi tap

      Puşkin küçəsi 30, Bakı AZ 1010, Azərbaycan

      Əlaqə nömrəsi

      012 981

      Bizə yazın

      [email protected]

      Onlayn xidmətlər

      • Kredit ödənişi
      • Ödənişlər
      • Kredit sifarişi

      Faylın həcmi 2mb-dan çox olmamalıdır Codes dont match
      • Yüklə

        App Store

      • Yüklə

        Google Play

      Bizi tap

      Puşkin küçəsi 30, Bakı AZ 1010, Azərbaycan

      Əlaqə nömrəsi

      012 981

      Bizə yazın

      [email protected]
      • © 2021 Yelo Bank

      • E-portal
      • ADİF
      • infobank.az
      • AR Silahlı qüvvələrinə yardım fondu
      • YAŞAT Fondu

      Site by

      Jeykhun Imanov Studio
      • Nikoil Bank
      • Yelo Bank