Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Kreditlərin anderraytinqi və monitorinq departamenti, Biznes kreditlərin anderraytinqi şöbəsi, Aparıcı mütəxəssis / Baş mütəxəssis

Diqqət! Bu elanın vaxtı bitib

Город

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin anderraytinqi və monitorinq departamenti, Biznes kreditlərin anderraytinqi şöbəsində Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyasını elan edirik.

Struktur: Kreditlərin anderraytinqi və monitorinq departamenti, Biznes kreditlərin anderraytinqi şöbəsi
Vəzifə: Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Müştərilərin maliyyə vəziyyəti ilə bağlı risklərin təhlili
  • Biznes kreditlərin anderraytinqi, qərar və rəy verilməsi
  • Lazımi hesabatlıqların hazırlanması
  • Müraciətlərin daxili kredit qaydalarına uyğunluğunun təhlili

Tələblər:

  • Bankda biznes kredit sahəsi üzrə minimum 3 illik iş təcrübəsi (risk/analitika sahəsi arzuolunandır)
  • Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər
  • Azərbaycan dilində səlis danışmaq və işgüzar yazışma aparmaq bacarığı
  • MS Office ofis proqramlarını istifadəçi səviyyədə bilməli
  • Ali təhsil (iqtisadi təhsil, maliyyə sahəsi üzrə təhsil üstünlükdür)
  • ACCA sertifikatların olması arzuolunandır
  • Analitik düşünmə və təhlil bacarığı
  • Komandada işləmək bacarığı
  • Dəqiqlik və detallara fikir vermə qabiliyyəti

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Biznes-Anderraytinq” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение