Kreditlərin anderraytinqi və monitorinq departamenti, Biznes kreditlərin anderraytinqi şöbəsi, Aparıcı mütəxəssis / Baş mütəxəssis
Diqqət! Bu elanın vaxtı bitib
Şəhər
BakıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin anderraytinqi və monitorinq departamenti, Biznes kreditlərin anderraytinqi şöbəsində Aparıcı mütəxəssis / Baş mütəxəssis” vakansiyasını elan edirik.
Struktur: Kreditlərin anderraytinqi və monitorinq departamenti, Biznes kreditlərin anderraytinqi şöbəsi
Vəzifə: Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Müştərilərin maliyyə vəziyyəti ilə bağlı risklərin təhlili
- Biznes kreditlərin anderraytinqi, qərar və rəy verilməsi
- Lazımi hesabatlıqların hazırlanması
- Müraciətlərin daxili kredit qaydalarına uyğunluğunun təhlili
Tələblər:
- Bankda biznes kredit sahəsi üzrə minimum 3 illik iş təcrübəsi (risk/analitika sahəsi arzuolunandır)
- Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər
- Azərbaycan dilində səlis danışmaq və işgüzar yazışma aparmaq bacarığı
- MS Office ofis proqramlarını istifadəçi səviyyədə bilməli
- Ali təhsil (iqtisadi təhsil, maliyyə sahəsi üzrə təhsil üstünlükdür)
- ACCA sertifikatların olması arzuolunandır
- Analitik düşünmə və təhlil bacarığı
- Komandada işləmək bacarığı
- Dəqiqlik və detallara fikir vermə qabiliyyəti
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Biznes-Anderraytinq” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər