Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Pərakəndə məhsullarının satışı departamenti, Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis/ Baş mütəxəssis

Diqqət! Bu elanın vaxtı bitib

Город

Bakı

Категория

Mütəxəssis / Aparıcı mütəxəssis/ Baş mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda "Pərakəndə məhsullarının satışı departamenti, Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis/ Baş mütəxəssis"  vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.   

Struktur: Pərakəndə məhsullarının satışı departamenti
Vəzifə: Mütəxəssis / Aparıcı mütəxəssis/ Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri 

 

Vəzifə öhdəlikləri:

  • Departament direktoru, şöbə müdiri tərəfindən verilən göstərişlərin icra edilməsi;
  • İşə qəbul olunan təcrübəçilərə (kassa, əməliyyat, müştəri məsləhətçisi) işə qəbul və biliklərin yoxlanılması üçün testlərin hazırlanması və keçirilməsi;
  • Qeyri-kredit məhsulları üzrə hesabatların hazırlanması;
  • Satışın artırılmasına dair təkliflərin hazırlanması;
  • Kurasiya etdiyi filial əməkdaşların  (kassa, əməliyyat, müştəri məsləhətçisi) məzuniyyət və rotasiyaların planlaşdırılması;
  • Qeyri-kredit məhsullarının inkişafı, satışı və iş prosesinin təşkili üzrə aidiyyatı struktur bölmələrlə əlaqələrin qurulması;
  • Bankın digər struktur bölmələrindən şöbəyə daxil olmuş sorğuların cavablandırılması;
  • Rəqabətli təklifin, tariflərin əlverişli idarə edilməsi və paket təkliflərinin təqdim edilməsi ilə  qeyri-kredit məhsullarının inkişafının təmin edilməsi;
  • Qeyri-kredit məhsulların satışının həvəsləndirməsinə dair marketinq proqramların / aksiyaların keçirilməsi ilə bağlı təkliflərin hazırlanması və onların işlənməsində  iştirak etmək; 
  • Yeni qeyri-kredit məhsullarının təqdimatı üçün bank infrastrukturasının və cəlb edilən əməkdaşlarının hazırlanmasına dair tədbirlərin keçirilməsi.
     

Tələblər:

  • Ali təhsil;
  • Bank sahəsində minimum 2 il təcrübəsi;
  • Pərakənda məhsulların satışı üzrə təcrübə;
  • Azərbaycan dilini səlis bilməli, Rus və İngilis dil bilikləri arzuolunandır;
  • Analitik qabiliyyət, qərar qəbul etmə bacarığı və problem həll etmə bacarığı;
  • Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Komandada işləmək bacarığı;
  • AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nın filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi, bank sisteminin quruluşu və bank işinin əsasları haqqında biliklərə sahib olmaq.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv
  • Tibbi sığorta proqramına qoşulma
  • Yığım sığortasına qoşulma imkanı

Siz elektron poçtun “mövzu” yerinə “Qeyri-kredit” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

 

Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

Yelobank мобильное приложение