Pərakəndə məhsullarının satışı departamenti, Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis/ Baş mütəxəssis
Diqqət! Bu elanın vaxtı bitib
Şəhər
BakıKateqoriya
Mütəxəssis / Aparıcı mütəxəssis/ Baş mütəxəssisKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda "Pərakəndə məhsullarının satışı departamenti, Qeyri-kredit məhsullarının satışının təşkili şöbəsi, Mütəxəssis / Aparıcı mütəxəssis/ Baş mütəxəssis" vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.
Struktur: Pərakəndə məhsullarının satışı departamenti
Vəzifə: Mütəxəssis / Aparıcı mütəxəssis/ Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Departament direktoru, şöbə müdiri tərəfindən verilən göstərişlərin icra edilməsi;
- İşə qəbul olunan təcrübəçilərə (kassa, əməliyyat, müştəri məsləhətçisi) işə qəbul və biliklərin yoxlanılması üçün testlərin hazırlanması və keçirilməsi;
- Qeyri-kredit məhsulları üzrə hesabatların hazırlanması;
- Satışın artırılmasına dair təkliflərin hazırlanması;
- Kurasiya etdiyi filial əməkdaşların (kassa, əməliyyat, müştəri məsləhətçisi) məzuniyyət və rotasiyaların planlaşdırılması;
- Qeyri-kredit məhsullarının inkişafı, satışı və iş prosesinin təşkili üzrə aidiyyatı struktur bölmələrlə əlaqələrin qurulması;
- Bankın digər struktur bölmələrindən şöbəyə daxil olmuş sorğuların cavablandırılması;
- Rəqabətli təklifin, tariflərin əlverişli idarə edilməsi və paket təkliflərinin təqdim edilməsi ilə qeyri-kredit məhsullarının inkişafının təmin edilməsi;
- Qeyri-kredit məhsulların satışının həvəsləndirməsinə dair marketinq proqramların / aksiyaların keçirilməsi ilə bağlı təkliflərin hazırlanması və onların işlənməsində iştirak etmək;
- Yeni qeyri-kredit məhsullarının təqdimatı üçün bank infrastrukturasının və cəlb edilən əməkdaşlarının hazırlanmasına dair tədbirlərin keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- Bank sahəsində minimum 2 il təcrübəsi;
- Pərakənda məhsulların satışı üzrə təcrübə;
- Azərbaycan dilini səlis bilməli, Rus və İngilis dil bilikləri arzuolunandır;
- Analitik qabiliyyət, qərar qəbul etmə bacarığı və problem həll etmə bacarığı;
- Microsoft Office proqramlarından (Word, Excel, PowerPoint) istifadə etmək bacarığı;
- Ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nın filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi, bank sisteminin quruluşu və bank işinin əsasları haqqında biliklərə sahib olmaq.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Müasir idarəetmə sistemi, innovativ və mehriban kollektiv
- Tibbi sığorta proqramına qoşulma
- Yığım sığortasına qoşulma imkanı
Siz elektron poçtun “mövzu” yerinə “Qeyri-kredit” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər