- Type: Полная занятость
- Job Function: Финансы, Бизнес и Администрация
- Career Level: Специалист
- Posted Date: 22-05-2026
- Deadline: 21-06-2026
Description
- Bankda istifadə olunan modellərin (kredit riski, IFRS 9, skorinq, stress-test, likvidlik, GenAI və s.) müstəqil validasiya proseslərinin icrasında iştirak etmək
- Modelin konseptual əsaslarını (theoretical soundness) detallı şəkildə analiz etmək və nəticələri sənədləşdirmək
- İstifadə olunan metodologiyaların, statistik yanaşmaların və alqoritmlərin məqsədəuyğunluğunu və tətbiq korrektliyini test etmək
- Modeldə istifadə olunan input məlumatlarının keyfiyyətini, tamlığını və etibarlılığını yoxlamaq
- Model performans testlərini icra etmək (discriminatory power, calibration, accuracy, back-testing, benchmarking və s.)
- Model üzrə aşkar edilmiş zəifliklər, risklər və məhdudiyyətlər barədə menecerə analitik rəy və input təqdim etmək
- Model inventarına dair məlumatların (model adı, versiya, status, istifadə sahəsi və s.) yenilənməsində iştirak etmək
- Model versiya dəyişiklikləri və rekalibrasiya prosesləri üzrə texniki yoxlamalar aparmaq
- Model sənədlərinin (MDD, metodologiya sənədi, texniki əlavələr) tamlığı və uyğunluğunu yoxlamaq
- Model Validasiya Hesabatlarının (MVR) hazırlanmasında analitik bölmələrin yazılmasına töhfə vermək
- AMB və digər nəzarət orqanlarının sorğuları üzrə texniki məlumatların hazırlanmasında iştirak etmək
- Basel, IFRS 9 və daxili metodoloji tələblərə uyğunluq üzrə praktiki yoxlamalar aparmaq
- Validasiya nəticələrinə əsasən təkmilləşdirmə tövsiyələrinin formalaşdırılmasına dəstək vermək
- Model risk göstəriciləri (KRI) üzrə hesablamalar aparmaq və nəticələri menecerə təqdim etmək
- Daxili və xarici auditlər zamanı texniki izahat və sübutların hazırlanmasında iştirak etmək
Remark
- Riyaziyyat, Statistika, İqtisadiyyat, Maliyyə, Data Science, Kompüter Elmləri və ya əlaqəli sahələr. Magistr dərəcəsi üstünlük hesab olunur
- Bank, maliyyə institutu və ya konsaltinq şirkətində ən azı 1-2 il model risk, model validasiyası, risk analitikası və ya data science sahəsində iş təcrübəsi
- Kredit riski, IFRS 9, skorinq və s. modelləri üzrə praktiki iş təcrübəsi üstünlükdür
- GenAI, LLM və RAG texnologiyaları üzrə ümumi anlayışa və tətbiqetmə bacarıqlarına malik olmaq
- Yüksək səviyyədə Microsoft Office, Python, SQL bilikləri
- Model risk, validasiya və model lifecycle üzrə anlayışlar
Готовы присоединиться к нашей команде?
Подать заявку на эту вакансию