Bankımız Özünüməşğulluq Proqramı çərçivəsində daha 2 vətəndaşa fərdi sahibkarlıqla məşğul olmaq üçün dəstək olub.
Vətən müharibəsi qazisi Xələfov Ramil və şəhid atası Rəhimov Rabilə heyvandarlıq fəaliyyətinə olan maraqlarını reallaşdırmağa və şəxsi bizneslərini qurmağa yardım etdik. Nəticədə Ramil bəy xırdabuynuzlu heyvandarlıqla məşğul olmağa başlayıb, Rabil bəy isə ferma sahibi olub.
Qeyd edək ki, Özünüməşğulluq Proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanan Memoranduma əsasən həyata keçirilir. Sosial proqramın şərtlərinə uyğun olaraq fərdi sahibkarlıqla məşğul olmaq istəyən və həssas qruplara aid olan vətəndaşlar istehsal və ya xidmət avadanlığı ilə təmin olunur. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmaqlarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Özünüməşğulluq proqramına ilk qoşulanlardan olan bankımız bu tip sosial layihələrin reallaşdırılmasının əhəmiyyətini anlayır və bu özünəməşğulluq proqramına dəstək olmağa davam edəcək.