Многофункциональное мобильное приложение Yelo

Xəbərlər siyahısı

Новости

Тендер на кейтеринг и ресторанное обслуживание в нашем новом головном офисе

Bankımızın Yeni baş ofisində keytring və restoran servisinin göstərilməsi məqsədilə açıq tender elan edirik.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

•    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
•    Ödəmə qabiliyyəti olmalı;
•    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
•    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
•    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
•    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

•    Təqdim ediləcək məhsulun keyfiyyəti
•    Təklif ediləcək məhsulun qiyməti
•    İştirakçı şirkətin bu sahədə təcrübəsi
•    Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar

1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

•    Qiymət təklifi (4cu pointdə nəzərdə tutulan menu-ya əsasən təqdim olunmalıdır). 
•    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)


2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-    Tender təklifləri 27 May 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
-    Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın mətbəx və restoran ərazisinə bağış keçirilə bilər. 

3.    Tələb olunan xidmətlər 

•    Təchizatçı şirkətdən hər hansı bir icarə ödənişi tələb olunmayacaq və qiymət təklifi təqdim olunan zaman bu nüans nəzərə alınmalıdır. 
•    Baş ofisdə mətbəx və mebel avandanlıqları mövcuddur. 
•    50 ədəd masa və 200 ədəd stul möcvuddur. 
•    Diğər metbəx avadanlıqları ( boşqablar, qaşıqlar, bıcaqlar və bu kimi mallar ) təchizatçı şirkət tərəfindən təmin olunmalıdır. 
•    Təchizatçı şirkət yemək hazırlanan və təqdim olunan zaman bütün keyfiyyət standartlarına və gigiyena normalarına əməl etməlidir. 
•    Təchizatçı şirkət bütün əməkdaşlarını uniforma ilə təmin etməlidir. 
•    İş rejimi həftə işi 5 gün saat 8:30 – 18:30 olması nəzərdə tutulur. 

4.    Menu
 
-    Fast Food ( Hamburger, Pizza, Sandwich və.s )
-    Səhər Yeməkləri – kruassan, omlet, rollar, buterbrodlar, puddinglər, smuzi boul, meyve ve s.)
-    Ev yeməkləri ( Qreçka, Düyü, Püre, Makaron, Katlet, Langet, sote, grill )
-    Sağlam Qidalar ( Salat, Sup, buxarda bişmə yeməklər, tərəvəzlər, meyvələr və.s )
-    Ət və balıqlar (Kabablar)
-    Təchizatçı tərəfindən təklif olunan digər yeməklər
-    Şirniyyatlar
-    Kofe maşın
-    İçkilər ( soyuq, isti, kokteyllər (spirtsiz), tebii meyve şirələri )
-    Business Lunch -1 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
-    Business Lunch -2 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)
-    Business Lunch -3 (təchizatçı şirkət tərəfindən təqdim olunmalıdır)


5.    Ödəniş və digər şərtlər

•    Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
•    Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq. Qiymətlər maximum 1.5 faiz dəyişdirilə bilər ancaq zaman mütləq şəkildə əvvəlcədən məlumat verilməlidir və qiymət dəyişikliyi əsaslandırılmalıdır. 
•    Müqavilə 1 il ərzində qüvvədə olacaq. 
•    Tələb edildikdə iştirakçı müəyyən yeməklər üzrə nümunə təqdim etmək imkanına malik olmalıdır.
•    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

6.    Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

-    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-    Ödəmə qabiliyyəti olmalı;
-    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

7.    Satınalan təşkilatın ünvanı 

Bakı ş. Həsənbəy Zərdabi 81K, 
Əlaqələndirici şəxs: 
Anar Asgarzade 

İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 5056575
[email protected]

 

Yelobank мобильное приложение