Многофункциональное мобильное приложение Yelo

Все новости

Новости

Тендер на периодическое обслуживание кондиционеров

Filiallarda olan kondissonerlərə dövri servis xidməti göstərilməsi məqsədilə açıq tender elan edirik.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

•    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
•    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
•    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

•    Təklif ediləcək xidmətin qiyməti
•    İştirakçı şirkətin bu sahədə təcrübəsi
•    Şirkətlərin və şirkət əməkdaşlarının bu sahədə sahib olduqları sertifikatlar və lisenziyalar

1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

•    Qiymət təklifi (3 cu pointdə nəzərdə tutulan tələblər və təqdim olunan kondissoner siyahısı əsasında təqdim olunmalıdır). 
•    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-    Tender təklifləri 07 Oktyabr 2021-ci il, Bakı vaxtı ilə saat 14:00-a qədər Bakı ş. Həsənbəy Zərdabi küç 81K ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Qiymətlər Azərbaycan manatı ilə qeyd olunmalıdır.
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.
-    Əgər ehtiyac yaranarsa bankın əlaqəli şəxsi ilə əlaqə saxlanılıb bankın bağ sahəsinə və İnzibati binanın daxilində olan bitkilərə bağış keçirilə bilər. 

3.    Tələb olunan xidmətlər 

•    Qiymət təklifində Lənkaran, Bərdə, Gəncə və Sumqayıt filialları üzrə ezamiyyət xərcləri nəzərə alınmalıdır. Dirgər filiallar Bakı şəhəri ərazisində yerləşir.
•    Qiymət təklifində işçilik və material qiymətləri ayrı ayrılıqda göstərilməlidir.
•    Xidmət 24/7 şərti ilə göstərilməlidir. Servis işlərindən əlavə ehtiyac olan materiallar, ehtiyat hissələri və işçilik əlavə razılaşdırılma əsasında ödəniləcək.
•    Göstərilən xidmətlərə və istifadə edilən material və ehtiyat hissələrinə iddiaçı ən azı 12 ay müddətində keyfiyyət zəmanəti təqdim etməlidir.
•    Yeni avadanlıqların montaj və demontaj edilməsi.

4.    Ödəniş və digər şərtlər

•    Tender iştirakçıları fərqli meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
•    Tender qalibi tender zamanı təqdim olunan qiymət il ərzində qüvvədə olacaq. 
•    Müqavilə 1 il ərzində qüvvədə olacaq. 
•    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.


5.    Satınalan təşkilatın ünvanı 

Bakı ş. Həsənbəy Zərdabi 81K, 
Əlaqələndirici şəxs: 
Anar Asgarzade 
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+99455 505 65 75
[email protected]