Yelo Bank Azərbaycanda ilk dəfə hüquqi şəxslər və sahibkarlar üçün 24/7 rejimində Ani Ödənişlər Sistemi (AÖS) üzərindən hesablararası köçürmə və ödənişləri etmək imkanı yaratdı.
Sistemdən Yelo Bank-ın internet bankçılıq xidməti vasitəsilə istifadə etmək mümkündür.
Bu xidmətin tətbiqi nəticəsində hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaları sadələşdirilmiş identifikatorlar vasitəsilə (VÖEN, mobil nömrə, e-poçt) bank hesabları üzərindən aparmaq olur.
Sadalanan əməliyyatları eyni qaydada, Yelo Bank-ın filial şəbəkəsi vasitəsilə də həyata keçirmək mümkündür.
Qeyd edək ki, Ani Ödənişlər Sistemi (AÖS) Mərkəzi Bank tərəfindən 2020-ci ildə istifadəyə verilib. Yaxın zamanda AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılması planlaşdırılır.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook və Instagram hesablarımıza yazın cavablandıraq!