Yelo-dan çoxfunksiyalı mobil əlavə

9.5 FAİZLƏ KREDİT ALMAQ ÜÇÜN TƏLƏS!

Xəbərlər siyahısı

Xəbərlər

Ani Ödənişlər Sistemi ilk dəfə Yelo Bankda!

Yelo Bank Azərbaycanda ilk dəfə hüquqi şəxslər və sahibkarlar üçün 24/7 rejimində Ani Ödənişlər Sistemi (AÖS) üzərindən hesablararası köçürmə və ödənişləri  etmək imkanı yaratdı.

Sistemdən Yelo Bank-ın internet bankçılıq xidməti vasitəsilə istifadə etmək mümkündür.

Bu xidmətin tətbiqi nəticəsində hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaları sadələşdirilmiş identifikatorlar vasitəsilə (VÖEN, mobil nömrə, e-poçt) bank hesabları üzərindən aparmaq olur.
Sadalanan əməliyyatları eyni qaydada, Yelo Bank-ın filial şəbəkəsi vasitəsilə də həyata keçirmək mümkündür.

Qeyd edək ki, Ani Ödənişlər Sistemi (AÖS) Mərkəzi Bank tərəfindən 2020-ci ildə istifadəyə verilib. Yaxın zamanda AÖS-ün əhatə dairəsinin genişləndirilməsi və funksionallığının artırılması planlaşdırılır.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram  hesablarımıza yazın cavablandıraq! 

Yelo-dan çoxfunksiyalı mobil əlavə