Многофункциональное мобильное приложение Yelo

Все новости

Новости

Следующий гость нашей рубрики #YeloHobby

Parlaq əməkdaşlarımızın istedadlarını üzə çıxarmağa davam edirik. #YeloHobbi rubrikamızın bu dəfəki qonağı İnsan Kapitalının İdarəedilməsi departamentinin direktoru Nigar İbadzadədir. Məlum oldu ki, Nigar xanım nəinki insanları və onların potensialını yaxşı bilir, həm də özünün böyük yaradıcılıq potensialı var. O, inanılmaz gözəl tablolar çəkir. Biz bu fakta laqeyd qala bilməzdik. Nəticədə əməkdaşımızla maraqlı söhbətimiz oldu. Onu hamınızla bölüşmək istəyirik:

- Nigar xanım, siz yağlı boya texnikası ilə rəsm çəkirsiniz?
- Bəli, rəsm çəkməyi çox sevirəm və kətan üzərinə yağlı boya ilə çəkirəm. Mən əsas rəngləri götürürəm və hər rəsm üçün yeni, unikal palitra yaradıram. Əvvəlcədən hazırlanmış rənglərdən istifadə etməyi sevmirəm. Baza 5 rəngi qarışdırıram və "mənim" rəngləri alındırıram, rəngalma prosesindən zövq alıram.

- Rəsmlərinizi yaradarkən sizi ruhlandıran xüsusi bir rəssam və ya üslubunuz varmı?
- Düzünü desəm, mənim özünəməxsus, üslubuna sadiq qalacağım kumirim yoxdur. Göründüyü kimi sadəcə prosesi sevirəm. Yəni, mən müxtəlif rəsm çəkmə üsullarını sınayıram və indiki anın hisslərini rəhbər tutaraq onlara öz qaydalarımı tətbiq edirəm. Təcrübə etməyi xoşlayıram: bəzi xüsusi fırçalarla, yaxud nazik fırçalarla, fərqli rənglərlə və s.

- Bəs sizdə rəsm çəkmək həvəsi haradan yaranıb?
- Hələ uşaqlıqdan, təzəcə qələm götürən andan əllərimin necə qaşındığını hiss edirdim, xoş bir həyəcan var idi. Təəssüf ki, mənim uşaqlığım ölkəmizdə yenidənqurma mərhələsinə təsadüf edib, ona görə də o vaxtlar fırçalara, boyalara vaxt yox idi.

- Belə çıxır ki, indi uşaqlıq arzunuzu təcəssüm etdirirsiniz?
- Bəlkə də. :) 2018-ci ildə rəsm çəkməyə başladım və ilk müəllimimlə çox şanslı oldum. O, rəsm çəkməyi professional dəstəksiz, özü öyrəndi və eyni zamanda, mənə də öyrətdi. Bu, heyrətamiz dərəcədə ruhlandırıcı idi. Məqsədim akademik şəkildə çəkməyi öyrənmək deyil, ürəkdən gələni gözəl çəkmək idi. Ən əsası, başladığım əsərə o, müdaxilə etmirdi. O, məni gözəl başa düşdü və düzgün istiqamətləndirdi. Həm də “ağ kətan qorxusu”nu dəf etməyə kömək etdi. Bu qorxu yeni başlayan, təcrübəsiz rəssamların harada və necə rəsm çəkməyi anlamadığı və tez-tez üzləşdikləri bir haldır. Lakin iş elə gətirdi ki, o uzaqlaşdı və ondan sonra heç bir kursa getmədim. İndi yalnız evdə rəsm çəkirəm.

- Çəkmək üçün sizi nələr ilhamlandırır? Yəni bu gün nə çəkəcəyinizə necə qərar verirsiniz?
- Prosesə başlamazdan əvvəl rəsm çəkmək üçün ideyalar axtarıram. Tamamilə hər şey məni ruhlandırır: məsələn, İnstaqramda təsadüfən gördüyüm gözəl bir buket. Rəngləri və kompozisiyanın özünü çox bəyəndim - bu, şəkil üzərində işləməyə başlamaq üçün mənə kifayətdir. Təbii ki, hələlik bitmiş fotoşəkilləri və rəsmləri təkrarlayıram. Gələcəkdə isə yetəri təcrübəmlə birbaşa fantaziyalarımdan şəkillər çəkməyə başlayacağıma inanıram.

- Bir rəsm əsərini tamamlamaq üçün təxminən nə qədər vaxt lazımdır?
- Dəqiq vaxt yoxdur və burada çox nüans mənim çəkdiyim rəsmdən asılıdır. Elə rəsmlər var ki, onları 2-3 günə bitirmək olar. Lakin elələri də var ki, bir neçə aydır ki, tamamlanmamış qalıblar. Səbəblər isə müxtəlifdir: həm vaxt məsələsi, həm də sadəcə ilhamsızlıqdan qaynaqlanır.

- İlhamsızlıq hissini qeyd etdiniz, bəs belə hallarda onunla necə mübarizə aparırsınız? Məsələn, təbiətdə rəsm çəkməyin sizin üçün daha asan olduğunu görmüsünüzmü? Belə məqamlar varmı?
- Mütləq. Elə olur ki, harasa şəhərdən kənara gedəndə, xüsusilə, Nabranı, oranın məxsusi gözəl mənzərələri, meşələri, misilsiz gün batmalarını bəyəndim. Hər dəfə öz-özümə deyirəm ki, nə vaxtsa mütləq bura kətan və fırça ilə gələcəm, amma indiyə qədər ailə şəraitinə görə alınmayıb. Ancaq mənim üçün əsas ilham mənbəyi təkcə təbiət deyil, həm də nəyi çəkəcəyimi planlamaqdır. Bu, mənim üçün bir meditasiya növüdür.

- Nigar xanım, bizimlə maraqlı söhbətə və bölüşdüyünüz təəssüratlara görə təşəkkür edirik. Sonda sizdən soruşmaq istərdim ki, rəsm çəkmək istəyən digər əməkdaşlarımıza nə məsləhət verə bilərsiniz? İstək var, amma iş qrafiki və ya digər bənzər səbəblərdən buna vaxt ayıra bilmirlər. Onlar haradan başlamalıdırlar? 
- Mən İKİD-in direktoru kimi bu yaxınlarda bankımıza iş mühitində streslə mübarizə üçün rəsm layihəsinin həyata keçirilməsində dəstək verdim. Rəsm çəkmək istəyən əməkdaşlar peşəkar rəssamların müşayiəti ilə sadəcə olaraq özləri üçün rəsm çəkirdilər. Düşünürəm ki, burada əsas olan qorxmamaq və rəssamlıq arzusuna doğru ilk addımı atmaqdır.