Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Risklərin İdarə edilməsi departamenti, Bazar və likvidlik riskləri şöbəsi, Baş mütəxəssis

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Risklərin İdarə edilməsi departamentinin Bazar və likvidlik riskləri şöbəsinin Baş mütəxəssisi” vakansiyasını elan edirik.

Struktur: Risklərin İdarə edilməsi departamenti, Bazar və likvidlik riskləri şöbəsi
Vəzifə: Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri

Vəzifə öhdəlikləri:

  • İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən  müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması;
  • Bazar və Likvidlik riskləri sahəsində araşdırılma aparılması və modellərin təkmilləşdirilməsində iştirak etmək;
  • Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə hesabatların hazırlanması;
  • Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsi;
  • Stress-testlərin hazırlanması və fövqəladə vəziyyətlərdə risklərin qiymətləndirilməsində iştirak;
  • Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət etmək;

Tələblər:

  • Maliyyə, İqtisadiyyat, Dünya İqtisadiyyatı və ya bunlarla əlaqəli sahələr üzrə minimum bakalavr təhsili;
  • Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
  • Qiymətli kağızların qiymətləndirilməsi və reqressiya analizlərinin aparılması üzrə biliklər;
  • Microsoft Office üzrə yüksək bacarıqlar;
  • Eviews, R və ya Pythonda işləmək bacarığı üstünlükdür;
  • CFA və ya FRM sertifikatı arzuolunandır;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Ttibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Bazar riskləri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə