Aktiv və passivlərin idarəedilməsi komitəsi
Komitənin sədri: Emil Duşdurov
Komitənin üzvləri:
- Elşən Pirmaliyev
- Yaşar Kərimov
- Bəhruz Nadirov
- Pərvin Hümbətov (səsvermə hüququ olmadan)
- Günay Cəlilova
- Fəridə Pirverdiyeva
Aktiv və passivlərin idarəedilməsi komitəsi Bankda aktiv və passivlərlə əlaqədar risklərin idarə edilməsi və bu sahədə maksimal gəlirliliyin əldə edilməsi üçün səmərəli idarəetməyə nail olmaq məqsədi daşıyan kollegial orqandır. Komitə aktiv və passivlərin idarə edilməsi üzrə ümumi və ayrı-ayrı sahələr üzrə qərarlar qəbul edir, qərarların icrasına nəzarət edir, Müşahidə Şurasına öz səlahiyyətləri çərçivəsində təkliflər verir. Komitənin vəzifələrinə Bankın aktiv və passivlərin idarə edilməsi ilə bağlı bütün proseslərin hazırlanmasında iştirak, Müşahidə Şurası tərəfindən təsdiq olunan maksimal məqbul risk səviyyəsi çərçivəsində aktivlərin gəlirliliyinin artırılması, likvidliklə bağlı təhlil və proqnozların təsdiq olunma üçün təqdim edilməsi, eləcə də qanunvericiliklə və daxili sənədələrlə müəyyən edilmiş digər vəzifələr aiddir.
Mükafatlandırma komitəsi
Komitənin sədri: Marina Kulişova
Kredit komitəsinin üzvləri:
- Anar Həsənov
- Günay Cəlilova
- Emil Duşdurov (səsvermə hüququ olmadan)
Komitə, Bankda mükafatlandırma siyasətinin hazırlanması, mükafatlandırma prosesinə nəzarətin həyata keçirilməsi, mükafatlandırmanın həcmi üzrə təkliflərin verilməsi sahəsində səlahiyyətli kollegial struktur bölmədir.
Bankın Mükafatlandırma Komitəsinin fəaliyyət prinsipləri aşağıdakı kimidir:
- Müstəqillik – Komitənin üzvləri qərar qəbul etməkdə tam müstəqildir və onlara kənar təsir olmamalıdır;
- Peşəkarlıq – Komitə üzvləri mükafatlandırma ilə əlaqədar dəqiq və ətraflı şəkildə qiymətləndirmə aparmalı və qərarlar yalnız əsaslandırılmış dəlillər əsasında qəbul edilməlidir;
- Şəffaflıq və kollegiallıq – qərarlar Komitənin bütün üzvləri arasında açıq və aydın müzakirələr nəticəsində edilməlidir;
- Riskə görə nəticə – Komitənin üzvləri qəbul etdikləri qərarların Bankın risk siasətinə uyğunluğuna əmin olmalıdırlar.
Risklərin idarəedilməsi komitəsi
Komitə sədri: Endryu Pospielovski
Komitə üzvləri:
- Anar Həsənov
- Natiq Mirzoyev
- Emil Duşdurov
- Nuraləm Səfərov
- Ruslan Vdoviçenko
- Nikoloz Yenukidze – Auditor Komitəsinin Sədri
Risklərin idarə edilməsi komitəsi Bankda idarəetmənin effektivliyinin artırılması, risklərin idarə edilməsi və risklərə nəzarətin gücləndirilməsi üçün fəaliyyətdə olan kollegial orqandır.
Komitə Bankın risklərin idarə edilməsi üzrə strategiyası və siyasətinin müəyyən edilməsi, risklərin aşkarlanması və qiymətləndirilməsi üzrə müvafiq metod və vasitələrin seçilməsi və onların reallaşması tezliyinin müəyyən edilməsi, aşkar olunan və qəbul olunan risklərin onların idarə edilməsi üzrə strategiya və siyasətə uyğunluğunun monitorinqi, müxtəlif növ risklər üzrə limitlərə baxılması və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim olunması, Müşahidə Şurasına Bankın vaxtaşırı məruz qaldığı risklərin vəziyyəti barədə, risklərin idarə edilməsi sisteminin adekvatlığı və risklərin idarə edilməsi prosesinin effektivliyi barədə hesabatın təqdim olunması və risklərin idarə olunması ilə bağlı qanunvericilik və daxili sənədlərlə müəyyən edilmiş digər vəzifələrə malikdir.
İT komitəsi
Komitənin sədri: Yaşar Kərimov
Komitənin üzvləri:
- Emil Duşdurov
- Ruslan Vdoviçenko
Komitə Bankın Azərbaycan Respublikasının maliyyə bazarında texnoloji liderlərdən birinə çevrilmək, yüksək kefiyyətli bank və maliyyə xidmətləri göstərməyi hədəfləyən informasiya texnologiyaları üzrə stretegiyasının həyata keçirilməsi prosesinə nəzarət edir və yönləndirir.
Müəyyən olunmuş məqsədlərə nail olmaq üçün Komitənin aşağıdakı funksiyaları var:
- Bankın informasiya texnologiyaları sahəsində siyasətinin müəyyən edilməsi
- İnformasiya texnologiyalarının inkişafı ilə bağlı öz səlahiyyətləri çərçivəsində qərarların qəbul edilməsi
- İT satınalmaların planlaşdırılması və bununla bağlı qərarların qəbul edilməsi
- İT və kommunikasiyalarla bağlı xərclərin analizi, effektivliyin dəyərləndirilməsi
- Bankda İT işinin mükəmməlləşdirilməsi üzrə təkliflərin dəyərləndiriliməsi və təsdiqlənməsi.
Audit komitəsi
Komitə sədri: Nikoloz Yenukidze
Komitə üzvləri:
- Yusif Abdullayev
- Vafa Mamedova