Yelo-dan çoxfunksiyalı mobil əlavə

9.5 FAİZLƏ KREDİT ALMAQ ÜÇÜN TƏLƏS!

Digər vakansiyalar

Mərdəkan filialı, Fiziki şəxslərə xidmət üzrə kiçik / Mütəxəssis / Aparıcı mütəxəssis / Baş mütəxəssis

Şəhər

Mərdəkan

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Mərdəkan filialına Fiziki şəxslərə xidmət üzrə Kiçik mütəxəssis / Mütəxəsssis / Aparıcı mütəxəssis vakansiyalarını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.  

Vəzifə öhdəlikləri:

  • Bankın Departamentinin təyin etdiyi tarif və şərtlər çərçivəsində kredit məhsulları üzrə xidmətin təşkili;
  • Cari tariflər və qaydalar üzrə kənarlaşma təşkil edən sifarişləri baxılması üçün müvafiq komitələrə təqdim edilməsi;
  • Xidmət zamanı müştəri məmuniyyətinin qorunmasını təmin edilməsi;
  • Bankın kredit məhsulları barədə müştərilərin məlumatlandırılması;
  • Müştərilərlə müqavilə və sazişlərin bağlanılması, onların müvafiq hesablarının açılması və qanunvericiliyə uyğun rəsmiləşdirilməsi;
  • Keyfiyyətli kredit portfeli formalaşdırılması və portfelin idarə edilməsi;
  • Ümumi fəaliyyətə dair hesabatların hazırlanması;
  • Verilmiş kreditlərin monitorinqinin aparılması.

Tələblər:

  • Ali təhsil;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı; 
  • Yüksək kommunikasiya bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Analitik düşüncə tərzi;
  • Stressə davamlılıq;
  • Yüksək qavrama, çevik öyrənmə qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • Müştəri yönümlülük;
  • İpoteka kreditləri üzrə biliklər arzu olunandır.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Mərdəkan/Universal” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə