Digər vakansiyalar

Bank təhlükəsizliyi departamenti, Mütəxəssis

İş təcrübəsi

1-2 il
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
  • Vəzifə: Mütəxəssis
  • Elan tarixi: 19-11-2025
  • Son Tarix: 29-12-2025

Vəzifə və öhdəliklər

  • Bankın əməkdaşları və kənar təşkilatların işçiləri üçün buraxılışlar vermək və uçotunu aparmaq
  • Vəzifələrin yerinə yetirilməsi və təsdiq edilmiş normativ sənədlər çərçivəsində təqdim edilən məlumatların tamlığını, doğruluğunu və vaxtında olmasını təmin etmək
  • Departamentin sənəd dövriyyəsinin uçotunu aparmaq və saxlanmasını təşkil etmək
  • Departamentin büdcəsinin hazırlanmasında iştirak etmək
  • Büdcənin icrasına sənədli dəstək vermək
  • Mövcud olmayan qayda və prosedurların hazırlanmasında, departamentin mövcud qayda və prosedurlarının yenilənməsi prosesində iştirak etmək
  • Bankın əməkdaşlarına, müştərilərinə və qonaqlarına mehriban və səmini yanaşmaq
  • Bankın maraqlarına toxunan və bu və ya digər dərəcədə onun təhlükəsizliyinə təsir edə biləcək hadisələr barədə departamentin direktoruna məlumat vermək
  • Konfidensiallıq qaydalarına ciddi riayət etmək

Tələblər

  • Azərbaycan və rus dilini yüksək səviyyədə bilmək (yazılı və şifahi)
  • Minimum tam orta təhsil
  • Word v' Excel proqramlarında sərbəst işləmə bacarığı
  • Azərbaycan Respublikası əmək qanunvericiliyinin əsaslarını bilmək üstünlükdür
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinin tələblərini bilmək üstünlükdür
  • Bankda kargüzarlıq və sənəd dövriyyəsi qaydalarını bilmək üstünlükdür
  • Bank təhlükəsizliyinin təşkili, mühəndis və xüsusi mühafizə üzrə normativ və təlimat sənədlərini bilmək üstünlükdür
  • Effektiv komunikasiya bacarığı
  • Komandada işləmək bacarığı;
  • Öz işini düzgün planlaşdırmaq bacarığı



Qeyd: Vakansiya analıq məzuniyyətinə çıxan əməkdaşın əvəz edilməsi məqsədilə yaranmışdır.

Komandamıza qoşulmağa hazırsan?

CV göndər