Digər vakansiyalar
Bazar və likvidlik risklərin idarəedilməsi şöbəsinin Baş mütəxəssisi / Meneceri
İş təcrübəsi
3-4 il- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Elan tarixi: 08-04-2025
- Son Tarix: 18-05-2025
Vəzifə və öhdəliklər
- İqtisadiyyatda və bank sektorunda baş verə biləcək potensial dəyişikliklərin öncədən müəyyənləşdirilməsi istiqamətində araşdırılmaların aparılması və bununla bağlı layihələrin təşkili
- Bazar və likvidlik riskləri sahəsində araşdırılma aparılması və modellərin təkmilləşdirmək və buna dair təkliflər vermək
- Likvidlik və bazar risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Yerli və xarici qiymətli kağızlar və pul bazarları üzrə risk təhlillərinin aparılması, risklərin qiymətləndirilməsinə nəzarət
- Stress-testlərin hazırlanması və fövqəladə vəziyyətlərdə risklərin qiymətləndirilməsinin təşkili
- Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət etmək
- Şöbənin fəaliyyətini təşkil etmək və əməkdaşların bilik və bacarıqlarının artırılmasına dəstək olmaq
Tələblər
- Maliyyə, İqtisadiyyat, Dünya İqtisadiyyatı və ya bunlarla əlaqəli sahələr üzrə minimum bakalavr təhsili
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Qiymətli kağızların qiymətləndirilməsi, reqressiya analizlərinin aparılması üzrə təcrübə
- MS Office üzrə yüksək bacarıqlar
- Səlis azərbaycan dili, yüksək səviyyədə ingilis dili bilikləri
- Eviews, R və ya Pythonda iş təcrübəsi
- CFA və ya FRM sertifikatları
- Məsuliyyətli, problem həll etmə və idarəetmə bacarığı
- Araşdırma bacarıqları
Komandamıza qoşulmağa hazırsan?
CV göndər