- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Vəzifə: Mütəxəssis
- Elan tarixi: 22-01-2026
- Son Tarix: 31-01-2026
Vəzifə və öhdəliklər
- Bankın strategiyasına uyğun məhsulları yaratmaq və inkişaf etdirmək
- Məhsulun online kanal və filial daxili satışının planlaşdırılması üçün müəyyən kampaniyaların reallaşdırılması
- Məhsul üzrə metrikaların ölçməsi və biznes hədəfə çatması üçün tədbirlər planının hazırlanması və reallaşdırılması
- Bazarı araşdırmaq, müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, bu məqsədlə müştərilərlə görüşlər aparmaq, təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq
- Məhsulun yaradılması üzrə xərcləri və gəlirləri hesablanmaq və təhlil etmək
- Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq
- Biznes hədəflərinə çatmaq üçün görüləcək işləri və mövcud tapşırıqları (backlog) prioritetləşdirmək və yerinə yetirilməsini idarə etmək
- Ümumi hədəflərə çatmaq üçün məhsulun yaradılması üzrə kross-funksional komandanı yönəltmək
- Seqment müştərilərinin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq
- Yeni məhsul ideyalarını qiymətləndirmək və onların bazara çıxarılması strategiyasını hazırlamaq
- Məhsul boşluqlarını müəyyənləşdirmək və onların aradan qaldırılmasını təmin etmək
- Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək
Tələblər
- Məhsul sahibi vəzifəsində ən azı 2 il təcrübə
- Bank, sığorta, maliyyə, kommunikasiya istiqamətlərində, biznes sahəsində təcrübə
- Azərbaycan, rus dillərinin yüksək səviyyədə bilik, ingilis dili biliyi arzu olunur
- Müştəri seqmenti və bank məhsulları üzrə təcrübə
- Bazara buraxılan məhsullar üzrə portfolio
- Agile metodologiyası üzrə təcrübə
- Design thinking metodoligiyası üzrə biliklər
- Cross funksional komandaların idarəedilməsində təcrübə
Komandamıza qoşulmağa hazırsan?
CV göndər