Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Biznes kreditlərin anderraytinqi üzrə Mütəxəssis\Aparıcı mütəxəssis

  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
  • Elan tarixi: 02-07-2025
  • Son Tarix: 31-07-2025

Vəzifə və öhdəliklər


  • Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması;
  • Kredit risklərinin müəyyənləşdirilməsi və idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi;
  • Kreditləşməni tamamlamaq və qərar vermək üçün kredit memorandumunun yoxlanılması, qərarın verilməsi, kredit risklərinin müəyyənləşdirilməsi və kredit müraciəti üzrə rəyin hazırlanması;
  • Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.




Tələblər

  • Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə ali təhsil;
  • Biznes bankçılığı və maliyyə təhlili üzrə ən azı 2 il iş təcrübəsi;
  • Yüksək səviyyəli analitik bacarıqlar;
  • MS Office proqramlarında yaxşı bilik;
  • Azərbaycan dili mükəmməl, rus və ingilis dilləri orta səviyyədə;
  • Ünsiyyət qurma qabiliyyəti;
  • Komandada işləmə bacarığı.
Komandamıza qoşulmağa hazırsan?

CV göndər