- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
- Elan tarixi: 15-05-2025
- Son Tarix: 31-05-2025
Vəzifə və öhdəliklər
- Corezoid platformasında iş axınlarının layihələndirilməsi, tətbiqi və optimallaşdırılması.
- Şirkətin daxili və xarici sistemləri arasında əlaqə yaratmaq və məlumatların emalını avtomatlaşdırmaq.
- Qərar qəbul etmə proseslərini sadələşdirmək və iş axınlarını təkmilləşdirmək üçün low-code həllər yaratmaq.
- Biznes proseslərinin avtomatlaşdırılması və alqoritmləşdirilməsi.
- Corezoid platformasında mövcud proqram təminatının funksionallıqlarının dəstəklənməsi.
- Yeni proseslərin işlənib hazırlanmasında və təkmilləşdirilməsində iştirak edilməsi.
- Yeni tətbiq olunan proqramların ilkin test edilməsi, səhvlərin müəyyən olunması və düzəlişlərin icra edilməsi.
- Test zamanı aşkar edilmiş səhvlərin düzəldilməsi və tətbiqin keyfiyyətinin artırılması.
- Yeni proqram tətbiqində layihə qruplarında iştirak edilməsi və layihə üzrə tapşırıqların icrası.
- Yeni tətbiq olunan proqramlar üçün texniki sənədlərin hazırlanmasında iştirak edilməsi.
- İT, İT təhlükəsizlik və parol siyasətinə uyğun fəaliyyət göstərilməsi.
- Daxili prosedurlara uyğun olaraq bank proqramına yeni funksiyaların əlavə edilməsi və yeni modul və proqramların yaradılmasında iştirak edilməsi.
- Məlumat bazası və servislərdən istifadə edərək daxili tələblərə uyğun proseslərin və düzəlişlərin icrasının təmin edilməsi.
Tələblər
- İnteqrasiya və API anlayışlarına dair əsas biliklər;
- Hər hansı bir proqramlaşdırma dilində təməl biliklərə sahib olmaq;
- Bank sektorunda təcrübə arzuolunandır;
- JavaScript dilində ilkin biliklər arzu olunandır;
- UML (Unified Modeling Language) modelini başa düşmək və tətbiq etmək bacarığı;
- RESTful API-lərlə işləmək, JSON və Webhooks formatlarında məlumat mübadiləsi ilə tanışlıq;
- Detallara fokuslanma bacarığı;
- Problem və vəziyyətləri təhlil edərək düzgün nəticəyə gəlmə bacarığı;
- Komanda daxilində koordinasiya və əməkdaşlıq bacarığı;
- Aydın və səlis ünsiyyət qurma qabiliyyəti;
- Yeni bilik və bacarıqları mənimsəmək və təşəbbüs göstərmək;
- Problem həll etmə bacarığı.
Komandamıza qoşulmağa hazırsan?
CV göndər