- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Vəzifə: Mütəxəssis
- Elan tarixi: 18-05-2026
- Son Tarix: 01-06-2026
Vəzifə və öhdəliklər
- Müştəri davranışını proqnozlaşdıran modellər (churn, next best product/offer, müştəri dəyəri və s.) qurmaq, təkmilləşdirmək və KPI-ları optimallaşdırmaq;
- Müştəri məlumatlarını dərindən öyrənərək əsas tendensiyaları aşkara çıxarmaq və bu nəticələri şirkət üçün konkret biznes dəyərinə (saxlama dərəcəsi, gəlir artımı, çarpaz satış) çevirmək;
- Data-driven qərarvermə üçün sürətli prototiplər və xüsusi modellər hazırlamaq (seqmentasiya, propensity scoring, LTV proqnozu);
- Churn proqnozlaşdırma, NBP/NBO (Next Best Product/Offer) və (CLV) modellərini qurmaq, yeniləmək və təkmilləşdirmək;
- Modelləşdirmə nəticələrini qısa, aydın təqdim edərək marketinq, satış və məhsul komandalarının qərar qəbulunu asanlaşdırmaq.
Tələblər
- İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil;
- Maşın öyrənməsi modelləri ilə ən azı 1 il iş təcrübəsi;
- Churn, NBP/NBO və müştəri analitikası modellərinin qurulmasında real iş təcrübəsi;
- Qabaqcıl statistik metodlar (reqressiya, təsnifat, paylanma, testlər, ML/AI) üzrə dərin bilik və təcrübə; nəticələri real biznes problemlərində əsaslandırmaq bacarığı;
- Tableau və ya digər məlumat vizuallaşdırma alətlərindən istifadə edərək çıxardığı nəticələri maraqlı tərəflərə aydın və peşəkar formada təqdim etmə bacarığı;
- Git və digər versiya nəzarəti sistemlərində komanda ilə birlikdə işləmək təcrübəsi;
- Modellərin istehsalat mühitinə tətbiqi üçün Docker və Kubernetes kimi texnologiyalardan istifadə təcrübəsi;
- SQL və Python üzrə praktiki təcrübə;
- Tableau bilikləri əlavə üstünlükdür;
- Analitik düşüncə və kompleks problemləri sistemli həll etmə bacarığı;
- Detallara diqqət və işin dəqiqliklə aparılması;
- Müstəqil işləmə motivasiyası və yüksək təşəbbüskarlıq;
- Effektiv ünsiyyət və güclü komanda ruhu;
- Adaptivlik, dəyişən şəraitə tez uyğunlaşmaq qabiliyyəti;
- Vaxtın idarə edilməsi və prioritetləşdirmə bacarığı;
- Etibarlılıq, məsuliyyət və işə ciddi yanaşma.
Komandamıza qoşulmağa hazırsan?
CV göndər