Digər vakansiyalar

İnkassator

İş təcrübəsi

1-2 il
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
  • Vəzifə: Digər
  • Elan tarixi: 06-01-2026
  • Son Tarix: 15-02-2026

Vəzifə və öhdəliklər

  • İnkassator briqadasının tərkibində Azərbaycan Respublikası Mərkəzi Bankından, digər yerli kredit təşkilatlarından, Bankın filiallarından, bankomatlardan, ödəniş terminallarından, inkassasiya xidmətləri göstərılən müştərilərdən pul vəsaitlərini və digər qiymətlilərini, onların qorunmasını təmin edən qaydalara riayət etmək şərtilə, daşınmasını həyata keçirmək
  • Filiallardan, bankomatlardan, ödəniş köşklərindən, inkassasiya xidmətləri göstərilən müştərilərdən inkassasiya zamanı qəbul edilmiş pul vəsaitlərini və qiymətliləri təkrar sayılması üçün Xəzinədarlıq departamentinin pul vəsaitlərinin idarə edilməsi şöbəsinə təhvil vermək
  • Pul vəsaitlərini və digər qiymətliləri qəbul edərkən, qablaşdırmanın, plombların bütövlüyünü və dəqiqliyini yoxlamaq
  • Müvafiq sənədlərin alınması və imzalanması prosedurlarında şəxsən iştirak etmək
  • Ona etibar edilmiş pul vəsaitlərinin və digər qiymətlilərin qorunması üzrə bütün tədbirləri təmin etmək
  • Ona etibar edilmiş qiymətlilərin təhlükəsizliyinə xələl gəldiyi təqdirdə bütün hallar haqqında bilavasitə rəhbərinə vaxtında məlumat vermək
  • Qiymətlilərin saxlanması üzrə əməliyyatlar, onların göndərilməsi, daşınması, mühafizəsi, siqnalizasiyası, həmçinin Departamentin rəhbərlərindən alınmış xidməti tapşırıqlar haqqında ona məlum olan məlumatları yaymamaq
  • İnkassasiya prosesinin optimallaşdırılması üzrə təkliflər təqdim etmək



Tələblər

  • Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
  • Silahlı qüvvələrdə xidmət arzuolunandır
  • Rus dili biliyi arzuolunandır
  • Orta təhsil və/və ya orta ixtisas, ali təhsil
  • Peşə tələblərinə əsasən fiziki hazırlıq
  • Ekstremal və ştatdankənar vəziyyətdə hərəkət etmək bacarığı
Komandamıza qoşulmağa hazırsan?

CV göndər