- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Vəzifə: Mütəxəssis
- Elan tarixi: 22-09-2026
- Son Tarix: 22-10-2026
Vəzifə və öhdəliklər
- Pul saxlancının əməliyyat gününün əvvəlində açılıb və əməliyyat günün sonunda bağlanmasında digər məsul şəxslərlə birlikdə iştrak etmək
- Müştərilərə xidmət göstərilməsini təmin etmək
- Əməliyyat günü ərzində nağd pulların və digər qiymətlilərin mədaxil və məxaricini təsdiq etmək
- Kassada olan pulun, digər qiymətlilər və sənədlərin lazımi qaydada mühafizəsinin təşkil edilməsini təmin etmək
- Valyuta mübadiləsi əməliyyatlarını həyata keçirmək
- Kassaya mədaxil edilmiş nağd pulların formalaşdırılması və bağlanması, onların dövriyyə üçün ödəmə qabiliyyətliyinin müəyyən edilməsini həyata keçirmək
- Gün sonu nağd pulun və qiymətlilərin faktiki qalığının yoxlanılması, kassa hesabatlarının hazırlanması, sənədlərin qovluqlara tikilməsi və kassa dövriyyə kitabını faktiki nağd vəsait və qiymətlilərlə üzləşdirib düzgün yazılmasını icra etmək
Tələblər
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi
- MS Office programlarında işləmə bacarığı
Biz Sizə nə təklif edirik
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Könüllü tibbi sığorta proqramına qoşulma
- Yığım sığortasına qoşulma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Komandamıza qoşulmağa hazırsan?
CV göndər