Digər vakansiyalar
Keyfiyyət təminatı və proqram tətbiqlərinə dəstək şöbəsi, Kiçik Mühəndisi \Mühəndisi
- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Elan tarixi: 14-11-2024
- Son Tarix: 15-12-2024
Vəzifə və öhdəliklər
- Proqram təminatları üzrə texniki dəstək verilməsi;
- Proqram təminatları üzrə texniki dəstəyin idarəetmə metodologiyasına, standartlarına uyğun olaraq işin icrası;
- Bank tərəfindən istifadə olunan sistemlərdə,texniki dəstək bölməsinin siyasətinə uyğun olaraq tələb olunan texniki dəstəyin göstərilməsi, problemlərin təhlili və təsirə məruz qalan əməliyyatlar üzrə düzəlişlərin icrasında (yeniləmə, dəyişdirmə, silmə və s.) yüksək imtiyazlı giriş hüquqlarından nəzarət altında istifadə edilməsi;
- Proqram təminatlarına texniki dəstək verilməsinə maneə olan problemlərin həll edilməsi, səlahiyyəti aşan bu tip problemlərin həll edilməsi üçün birbaşa rəhbər şəxsə məlumatın verilməsi;
- Mövcud proseslərin səmərəliliyinin artırılması üçün ehtiyac duyulan optimizasiyasalar barədə məlumatın hazırlanması və aidiyyəti struktur bölmələrə ötürülməsi;
- Texniki dəstəyin effektiv realizasiyasının təmin edilməsi;
- Proqram təminatlarına texniki dəstək çərçivəsində Bankın bölmələri arasında qarşılıqlı əlaqənin dəstəklənməsi;
- Ehtiyac yarandıqda günsonu əməliyyatlarının (nəzarət altında) həyata keçirilməsi.
Tələblər
- Minimum 1 il iş təcrübəsi;
- Ali Iqtisadi/Texniki təhsili arzuolunandır;
- PL/SQL – SQL,PostgreSQL biliyi arzuolunandır;
- Azərbaycan dili səlist,rus və ya ingilis dili orta səviyyədə bilik arzuolunandır;
- Problem həll etmə bacarığı;
- Sorğuların vaxtında və sürətlə cavablandırılması bacarığı;
- Kommunikasiya bacarığı;
- Komandada işləmə bacarığı.
Komandamıza qoşulmağa hazırsan?
CV göndər