- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Elan tarixi: 28-04-2025
- Son Tarix: 07-06-2025
Vəzifə və öhdəliklər
- Bank tərəfindən qəbul edilən risklərin müstəqil qiymətləndirilməsi və təhlilin aparılması, müvafiq bölmələrin əməkdaşlarının əsas bank məhsullarının reallaşdırılmasında risklər sahəsində metodik prinsiplərinə riayət edilməsinə nəzarət
- Bankda risklərin idarə edilməsinin avtomatlaşdırılması prosesinin təşkil edilməsi
- ARMB-nın tələblərinə, habelə beynəlxalq standartlara uyğun olaraq Bankın kredit portfeli üzrə ehtiyatların idarəetmə sisteminin müşayiəti, gələcək üçün vacib olan ehtiyatların səviyyəsinin proqnozlaşdırması
- Kredit limitlərinə nəzarət
- Struktur bölmələri ilə birgə kredit portfelinin stress-sınaq sahəsində işin aparılması, aşkar edilmiş risklərin azalması məqsədilə tədbirlər planının hazırlanması
- Risklərin təhlili metodologiyasının hazırlanması, risklərin idarəetmə üsullarının tətbiqi
- Risklərin modelləşdirməsi və portfellərin hərəkətinin proqnozlaşdırması
- Risklərin idarə edilməsi sahəsində araşdırmaların aparılması, risklərin idarəetmə strategiyasının işlənməsində iştirak
- Bankda mövcud olan metodologiya və əsasnamələr əsasında kredit riskləri üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Təhkim olunmuş məhsullar üzrə portfelin keyfiyyətinə detallı nəzarətin həyata keçirilməsi, keyfiyyətin artırılması məqsədilə məhsul şərtlərinin təkmilləşdirilməsi üzrə rəhbərliyə təkliflərin verilməsi
Tələblər
Təhsil və Sertifikatlar
- Maliyyə, İqtisadiyyat, Bank işi, Biznesin idarə olunması və ya Mühasibatlıq üzrə bakalavr təhsili (magistr dərəcəsi üstünlükdür)
- FRM (Financial Risk Manager) və ya CFA (Chartered Financial Analyst) kimi peşəkar sertifikatlara sahib olmaq üstünlükdür
Təcrübə
- Kredit risklərinin idarə olunması sahəsində ən azı 3-5 il iş təcrübəsi
- Bank sektoru, kredit portfeli təhlili və risk modelləşdirilməsi üzrə praktiki təcrübə
- Mürəkkəb kredit sənədləri, müqavilələr və risk qiymətləndirmə prosesləri ilə tanışlıq
Bilik və Bacarıqlar
- IFRS 9, Basel III və risk ölçmə modelləri (PD, LGD, EAD) haqqında praktiki bilik
- Kredit portfeli analizi, stress-testlərin aparılması və qeyri-işlək kreditlərin (NPL) idarə olunması sahəsində təcrübə
- Skorinq modelləri, reytinq sistemləri və ECL (Gözlənilən Kredit Zərəri) hesablamasında təcrübə
- Bankın risk iştahası və risk siyasətlərinin hazırlanmasında iştirak bacarığı
Texniki Bacarıqlar
- Excel proqramında (pivot cədvəllər, makrolar) yüksək səviyyəli biliklər, Power BI və digər analitik alətlərdə işləmə bacarığı
- Risk modelləşdirilməsi üçün R, Python və ya SAS proqramlarında bilik üstünlükdür
Şəxsi Keyfiyyətlər
- Güclü analitik düşüncə və qərarvermə bacarığı
- Yüksək məsuliyyət hissi və diqqətlilik
- Komanda daxilində işləmək və rəhbərlik etmək bacarığı
- Tənqidi düşünmə və riskləri vaxtında aşkarlamaq bacarığı
- Senior idarə heyəti üçün effektiv hesabat yazmaq və təqdimat etmək bacarığı
Əlavə Tələblər
- Yerli və beynəlxalq tənzimləyici tələbləri bilmək (Azərbaycan Mərkəzi Bankı, Basel Komitəsi və s.).
Komandamıza qoşulmağa hazırsan?
CV göndər