Digər vakansiyalar

Kreditlərin monitorinqi üzrə mütəxəssis / aparıcı mütəxəssis / baş mütəxəssis

İş təcrübəsi

1-2 il
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
  • Vəzifə: Mütəxəssis
  • Elan tarixi: 13-10-2025
  • Son Tarix: 22-11-2025

Vəzifə və öhdəliklər

  • Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqinin həyata keçirilməsi
  • Monitorinq nəticələri ilə bağlı hesabatların hazırlanması
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi
  • Bankın region filiallarına səfər olunması
  • Bankın strukturları və şöbənin digər strukturları tərəfindən fraud ehtimalı daşıyan sorğuların qəbul edilməsi, araşdırılması
  • Fraud əməlləri aşkarlandığı təqdirdə daxili qaydalara müvafiq tədbirlərin görülməsi
  • Daxildə yeni layihələrdə iştirak etmək və lazım olduqda digər strukturlarla keçirilən müzakirə və görüşlərə qoşulması

Tələblər

  • Ali təhsil (iqtisadi, maliyyə sahəsi üzrə təhsil arzuolunandır)
  • Mikro kreditlər üzrə 2 illik iş təcrübəsi, baş mütəxəssis üzrə minimum 3 il iş təcrübəsi
  • Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsi
  • Komandada işləmək bacarığı
  • Analitik düşünmə və təhlil bacarığı
  • Müştərilərlə yüksək səviyyədə ünsiyyət qurma bacarığı
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
  • Bank fəaliyyətinə dair qanunvericiliyi və normativ hüquqi sənədlər üzrə biliklər
  • Sərbəst Azərbaycan dili biliyi, rus dili biliyi arzuolunandır
  • MS Office proqramları bilikləri, xüsusən Excel biliyi tələb olunur
Komandamıza qoşulmağa hazırsan?

CV göndər