Digər vakansiyalar

Məhsul riskləri və kredit skorinq modelləri üzrə menecer

İş təcrübəsi

3-4 il
  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
  • Vəzifə: Supervayzer
  • Elan tarixi: 12-03-2026
  • Son Tarix: 11-04-2026

Vəzifə və öhdəliklər

  • Bankın kredit məhsulları üzrə risklərin qiymətləndirilməsi və monitorinqi
  • Kredit skorinq modellərinin hazırlanması, kalibrasiyası və təkmilləşdirilməsi
  • Mövcud skorinq modellərinin performansının monitorinqi və validasiyası
  • Kredit portfeli üzrə risk göstəricilərinin analizi və trendlərin müəyyən edilməsi
  • Yeni kredit məhsullarının risk baxımından qiymətləndirilməsi və rəy verilməsi
  • Kredit qərarvermə prosesinin təkmilləşdirilməsi üçün analitik modellərin hazırlanması
  • Risk Komitəsi və rəhbərlik üçün analitik hesabatların hazırlanması

Tələblər

  • Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya statistika üzrə ali təhsil
  • Bank sektorunda risk analitikası və ya kredit risk modelləşdirməsi üzrə minimum 3 il təcrübə
  • Kredit skorinq modelləri və statistik modelləşdirmə üzrə bilik
  • Excel və data analitika alətləri ilə işləmə bacarığı
  • Analitik düşünmə və modelləşdirmə bacarıqları
  • Python, R və ya SQL ilə işləmə bacarığı
  • Kredit risk modelləşdirməsi (PD, skorinq modelləri və s.) üzrə təcrübə
  • FRM, CFA və ya analoji beynəlxalq sertifikat proqramlarında iştirak
Komandamıza qoşulmağa hazırsan?

CV göndər