- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Maliyyə, Biznes və idarəetmə
- Elan tarixi: 29-04-2025
- Son Tarix: 08-06-2025
Vəzifə və öhdəliklər
- Kredit bazarını təhlil etmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb etmək.
- Mikro kreditlər üzrə sifarişləri qəbul etmək və bankın daxili prosedur və qaydalarına uyğun sənədləşdirmək.
- Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi üçün ilkin monitorinq aparmaq.
- Kredit memorandumunu tərtib etmək və kredit komitəsinə təqdim olunması üçün rəhbərliyə təqdim etmək.
- Kredit verilməsinə müsbət rəy aldıqda məlumatları sistemə daxil etmək.
- Kredit müqavilələri və ödəniş cədvəlinə əsasən borcların vaxtında ödənilməsini təmin etmək.
- Müqavilə şərtlərini pozmuş müştərilərlə işləmək və borcların ödənilməsi istiqamətində tədbirlər görmək.
Tələblər
- Ali təhsil.
- Mikro kreditlərin verilməsi sahəsində minimum 1 il iş təcrübəsi.
- Təhlil etmə qabiliyyəti və ünsiyyət qurma bacarığı.
- Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək.
- Azərbaycan dilində sərbəst danışıq bacarığı.
- Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Komandamıza qoşulmağa hazırsan?
CV göndər