Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Sistem Administratoru

  • Vakansiya növü: Tam ştat
  • Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
  • Elan tarixi: 23-06-2025
  • Son Tarix: 10-07-2025

Vəzifə və öhdəliklər

  • Fiziki serverlərin və virtualizasiya sistemlərinin konfiqurasiyası, sazlanması və monitoriq edilməsi;
  • Windows və Linux əməliyyat sistemlərinin qurulması və sazlanması;
  • İstifadəçi hesablarının idarə edilməsi;
  • Diaqnostika həyata keçirərək aparat və proqram təminatında yaranan problemlərin həll edilməsi, problemlərin həll yollarının sənədləşdirilməsi;
  • Sistemin saxlanılması, ehtiyyat nüsxələrinin yaradılması, sistemin məhsuldarlığının monitorinqi;
  • Proqram təminatı, fiziki server və saxlanc avadanlıqlarının lisenziyaları və kontraklarının idarə edilməsi;
  • Sistemlərə texniki dəstək və istifadə təlimatlarının hazırlanması, sistemlərin modernləşdirilməsi, yenilənməsi və miqrasiyası;
  • Sistemin təhlükəsizliyinin qorunması.


Tələblər

  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi (bank təcrübəsi üstünlükdür).
  • Texniki təhsil arzuolunandır.
  • Linux, Unix və Microsoft Windows Server-lə dərin iş təcrübəsi.
  • VMWare vSphere, VSAN, NSX bilikləri və təcrübəsi.
  • HPE server və saxlanc sistemləri, SAN və NAS texnologiyaları; Cisco MDS və Brocade SAN switch-lərlə təcrübə.
  • Backup: Veeam Backup idarəetmə bacarıqları.
  • RHCSA (Red Hat Certified System Administrator), MCP (Microsoft Certified Professional), VCP (VMware Certified Professional) üstünlükdür.
  • Yüksək analitik düşüncə, effektiv kommunikasiya, komandada işləmə bacarığı, işləri düzgün planlama qabiliyyəti.

Komandamıza qoşulmağa hazırsan?

CV göndər