Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Bərdəyə raket zərbəsi nəticəsində “Yelo Bank”ın 2 əməkdaşı yaralanıb

Məlumat olaraq bildiririk ki, bugün 28 oktyabr tarixində humanitar atəşkəs rejimini kobud şəkildə pozan erməni silahlı qüvvələri Bərdə şəhərini “Smerç” yaylım atəşli raket sistemindən atəşə tutub. Hücum Yelo Bankın Bərdə filialına yaxın ərazidə baş verib. Nəticədə, filialımızın iki əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb, filiala maddi ziyan dəyib. Xəsarət almış əməkdaşlarımızdan birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə, orta olaraq dəyərləndirilir.

Raket zərbəsinin yaratdığı fəsadlara baxmayaraq filialımızın iş rejimində dəyişiklik olmayıb. Yelo Bankın Bərdə filialının komandası müştərilərimizə xidmət etməyə davam edir.

Torpaqlarımızın azad edilməsi uğrunda savaşan qəhrəman əsgər və zabitlərimizlə haqlı savaşımızda daim bir dayanırıq.

Tezliklə torpaqlarımız uğrunda apardığımız böyük vətən müharibəsində qalib gəlməyimiz, ərazi bütövlüyümüzün bərpa olunması və yeni Şuşa filialımızın açılması diləyi ilə – Yelo Bank.