Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

İlk rəqəmsal filialımızı istifadəyə verdik!

Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə davam edir. Bank müştərilərə göstərilən xidmətlərin daha əlçatan olması üçün Ağcabədi şəhərində ilk rəqəmsal filialını istifadəyə verdi. Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır.

Filial müasir və funksional olmaqla yanaşı, digər filiallar kimi bankın “Parlaq Bankçılıq” şüarına uyğundur. Burada müştərilərin rahatlığı üçün terminal və kompüterlər vasitəsilə bank xidmətlərindən istifadə etmək imkanı yaradılıb.

Filialda nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.

Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət səviyyəsi təqdim olunacaq: ”Rəqəmsal filialımız Ağcabədi sakinləri üçün maliyyə xidmətlərinin əlçatanlığına və bankçılıq təcrübələrinin yenilənməsinə yönəlib. Burada ənənəvi bank modelindən uzaqlaşaraq müştərilərimizə daha sürətli və rahat xidmət göstəriləcək. Əsas məqsədimiz  strategiyamıza uyğun olaraq regionlarda fəaliyyətimizi daha da genişləndirmək, müştərilərin daha çox vaxt sərf etdiyi xidmətləri və bank əməliyyatlarını rəqəmsallaşdırmaqdır. Gələcəkdə rəqəmsal filiallarımızın çoxaldılması nəzərdə tutulub.”

Rəqəmsal filial Ağcabədi şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 200A ünvanında, LUKOYL YDM ərazisində fəaliyyət göstərir. Qeyd edək ki, Yelo Bank daha öncə LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verib. Hazırda Yelo Bank-ın 15 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!