Dəyərli müştərilər,
Rəqəmsal ödənişlər sahəsində təhlükəsizliyin artırılması, dələduzluq hallarının qarşısının alınması və şəffaflığın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində kart əməliyyatlarına yeni limitlər tətbiq olunur.
Bu gündən etibarən hər bir Yelo Bank kartı üzrə təyin edilmiş yeni limitlər aşağıdakı kimidir:
Vəsaitin göndərilməsi (Məxaric):
• Günlük əməliyyat sayı: 5 əməliyyat
• Aylıq maksimal məbləğ: 20 000 AZN (və ya ekvivalenti)
Vəsaitin qəbul edilməsi (Mədaxil):
• Günlük əməliyyat sayı: 5 əməliyyat
• Aylıq maksimal məbləğ: 20 000 AZN (və ya ekvivalenti)
Qeyd: Müştərinin öz kartları arasında tətbiq üzərindən icra etdiyi ödənişlər bu limitlərə şamil edilmir.
Əməliyyatlarınızı planlaşdırarkən yenilənmiş şərtləri nəzərə almağınızı xahiş edirik. Yelo App üzərindən köçürmələrinizi hər zaman olduğu kimi təhlükəsiz və rahatlıqla icra edə bilərsiniz.