Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Yelo Bank Microfinance Centre-ə üzv ilk Azərbaycan bankı oldu

Yelo Bank beynəlxalq əməkdaşlıq çərçivəsində The Microfinance Centre (MFC)-ə üzv seçilib. Qeyd ki, Yelo MFC-ə seçilən ilk Azərbaycan bankıdır. Bu əməkdaşlıqda əsas məqsəd maliyyə xidmətlərinin inkişaf etdirilməsində beynəlxalq təcrübədən faydalanmaq və müasir standartları tətbiq etməkdir.
 
The Microfinance Centre (MFC) ədalətli, inklüziv, bərabər və məsuliyyətli xidməti təşviq edən beynəlxalq sosial maliyyə şəbəkəsidir. MFC Avropa və Mərkəzi Asiyanın 36 ölkəsində 100-dən çox təşkilatı birləşdirir. Hal-hazırda MFC 2 mln-dan çox aztəminatlı müştəriyə mikromaliyyə xidmətləri göstərir.
 
Real sektorun maliyyələşdirilməsi Yelo Bank üçün hər zaman prioritet istiqamətlərdən biridir. Bu cür beynəlxalq əməkdaşlıq çərçivəsində Bank, gələcək fəaliyyətində xarici həmkarlarının təcrübələrindən faydalanmağı planlaşdırır.
 
Bank xidmətləri, həmçinin, sahibkarlara kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!