Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Nar istehsalçılarını və ixracatçılarını dəstəkləyirik

Yelo Bank və Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası (ANİİA) arasında əməkdaşlıq haqqında Niyyət protokolu imzalanıb.

Protokola Yelo Bankın Biznes Bankçılıq İdarəsinin baş direktoru Elşən Pirmalıyev və ANİİA-nın sədri Fərhad Qaraşov imza atıblar.

Sənədə əsasən, tərəflər ticarət imkanlarının araşdırılması, təcrübə mübadiləsi, treninqlərin keçirilməsi və ANİİA üzvü olan sahibkarlara güzəştli kreditlərin ayrılması sahəsində əməkdaşlıq edəcəklər.

Elşən Pirmalıyev: "Yelo Bank real sektorun inkişafına dəstək verməyə davam edir. Bu baxımdan Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və digər dövlət institutları ilə əməkdaşlığı xüsusi qeyd etmək olar. 2020-ci ilin əvvəlindən biz AKİA xətti ilə 100-dən çox fermerə 1 milyon manatdan artıq kredit ayırmışıq. Aqrar sektordakı potensialı nəzərə alaraq bu rəqəmin sürətlə artacağını gözləyirik. Ölkədə nar istehsalı və ixracı ildən-ilə artır və bu sahə daha çox sahibkarın diqqətini cəlb edir. Narçılıq sahəsində öz planlarını reallaşdırmaq istəyən fermerlər Yelo Bankın dəstəyindən yararlana bilər".

Fərhad Qaraşov: "Yelo Bank ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr və tədbirlər ANİİA üzvlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsində, sahibkarların maarifləndirilməsində əhəmiyyətli olacaq. Son nəticədə isə bütün bunlar üzvlərimizin ölkə iqtisadiyyatındakı rolunun möhkəmləndirilməsinə xidmət edəcək”.