Torpaqlarımızın düşmən işğalından azadlığı uğrunda döyüşən ordumuza dəstək üçün Yelo Bank Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat vəsait köçürür. Bununla bərabər döyüşlərdə iştirak edən şəxslər və onların ailə üzvlərinə dəstək məqsədilə də 50 min manat vəsait ayrılır.
Qeyd edək ki, daha əvvəl koronavirusun yayılmasının qarşısının alınması ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin dəstəklənməsi üçün də Bank 200 min manat vəsait ayırmışdı.
Hamı üçün çətin bir vaxtda hər birimiz həmrəylik nümayiş etdirməliyik.