Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

"Summer Challenge"-in növbəti qəhrəmanı

“Summer Challenge” gələcək karyeramı qurmaq istədiyim rəqəmsal marketinq sahəsində atdığım ilk addım oldu.»


Bu yay uğurla başa çatmış "Summer Challenge" tələbə təcrübə proqramının daha bir iştirakçısı ilə maraqlı müsahibə keçirdik. Növbəti müsahibimiz UNEC-in Sabah qrupları IV kurs tələbəsi Əliyeva Sevdadır.

-  Sevda, təcrübə zamanı əldə etdiyin ən böyük nailiyyət hansı oldu?
-  Düşünürəm ki, ən böyük nailiyyət seçdiyim sahədə əldə etdiyim biliklər oldu. Xüsusi diqqətimi çəkən əsas məqam Google və digər onlayn platformalarda ilk dəfə yerləşdirdiyim reklamlar oldu.

- Təcrübə keçirdiyin depratamentin iş prosesində nə xüsusilə sənin diqqətini çəkdi?
 - Ən çox xoşuma gələn o oldu ki, burada hər kəs öz işini çox sevir. Məncə, bu cür iş şəraiti hər kəsi işləməyə və daim yeni nəsə öyrənməyə daha çox motivasiya edir. Baxmayaraq ki, iş yükü bəzən həddindən artıq çox olur, əməkdaşlar mən və digər təcrübəçilərə hər zaman vaxt ayırıblar. 

-  Sənin üçün “Summer Challenge”-lə bağlı yadda qalan ən xoş xatirə?
-  Burada keçirdiyim hər gün əyləncəli və maraqlı idi. Lakin mənim üçün ən yadda qalan gün bu müsahibə üçün etdiyim fotosessiya oldu :)

Biz isə öz növbəmizdə Sevdaya rəqəmsal marketinq sahəsində növbəti parlaq addımlar arzulayırıq.